Sinoptiklərdən hava müjdəsi
30 Yanvar 2018

Yanvarın 31-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, yanvarın 31-dən fevralın 1-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcəyi, fevralın 1-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 

oxu.az

Facebook ilə rəyini bildir
Bənzər xəbərlər
30 Yanvar 2018
“Instagram”da ən yaxın zamanda videozəng funksiyası işə düşəcək. Oxu.Az xəbər verir ki, bu barədə “Wabetinfo” portalında məlumat dərc olunub. Saytın məlumatına görə, adıçəkilən sosial şəbəkə hal-h
30 Yanvar 2018
Sabah bu ilin ilk Ay tutulması hadisəsi qeydə alınacaq. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a verilən məlumata görə, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:2
30 Yanvar 2018
Londonun İmperial kollecinin alimləri qanda yüksək şəkər miqdarının ikinci tip şəkərli diabetdən əziyyət çəkməyən insanlarda belə demensiya (ağlın zəifləməsi) riski yaratdığını ortaya çıxarıb. Oxu.











mirdesign studio