Sabah Ay tutulacaq
30 Yanvar 2018

Sabah bu ilin ilk Ay tutulması hadisəsi qeydə alınacaq.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a verilən məlumata görə, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq.

Tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq:

“Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək”.

Rəsədxanadan bildiriblər ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq:

“İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq. Ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq”.

Qeyd edək ki, ikinci Ay tutulması bu il iyulun 28-də baş verəcək.

 

oxu.az

Facebook ilə rəyini bildir
Bənzər xəbərlər
30 Yanvar 2018
“Instagram”da ən yaxın zamanda videozəng funksiyası işə düşəcək. Oxu.Az xəbər verir ki, bu barədə “Wabetinfo” portalında məlumat dərc olunub. Saytın məlumatına görə, adıçəkilən sosial şəbəkə hal-h
30 Yanvar 2018
Yanvarın 31-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah Bakı
30 Yanvar 2018
Londonun İmperial kollecinin alimləri qanda yüksək şəkər miqdarının ikinci tip şəkərli diabetdən əziyyət çəkməyən insanlarda belə demensiya (ağlın zəifləməsi) riski yaratdığını ortaya çıxarıb. Oxu.











mirdesign studio