Bağçılıq və yaşıllaşdırma
2015-01-13 22:33:30


Yaşıllaşdırma dedikdə sizin istəyinizə uyğun müxtəlif bitkilərin seçilməsi və əkilməsi nəzərdə tutulur. Yaşıllaşdırmada istifadə olunan kol bitkiləri uzunömürlü olmalıdır. Eyni ilə də Ağacların gözəl görünüşü, yarpaqlarının sığxlığı, müxtəli temperatur şəraitlərinə dözümlülüyü mühüm sayılan amillərdəndir. Yaşıllaşdırmanın ən geniş yayılmış növü qazonlaşdırmadır. Burada biz yüksək keyfiyyətli qazon növlərindən istifadə edirik. Bu prosesdə ilk olaraq torpaq bellənərək yumşaldılır, səpinə hazır olması üçün peyinlənib,suvarılır və səğin üçün hazır şəraitə gətirilir. Firmamızda istifadə olunan qazonlar öz yüksək keyfiyyəti ilə seçilir. Qazon seçərkən səpiləcək əraziyə uyğun olmalıdır. Xüsusilə gündöyən və kölgə qazon növlərini nəzərə almaq lazımdır.

Yaşıllaşdırma işləri qurtardıqdan sonra qarşıda duran ilkin işlərdən biri bağa qulluqdur. öz növbəsində bu iş xeyli zaman və fiziki güc tələb edir. Bir çoxumuz isə işlərimizin çoxluğundan buna vaxt ayıra bilmirik. Narahatçılığa heç bir əsas yoxdur. Çünki, bağınızı bizə etibar edə bilərsiz. Bağdakı bitkilərin inkişafı üçün suvarma əsasdır. Lakin həddən artıq suvarma bitkilərin çürüməsinə səbəb olduğu kimi, az suvarma da qurumasına səbəb olur. Bunların hamısı bizim ixtisaslı bağbanlarımız tərəfindən tənzimlənir. Bağçılıqda əsas işlərdən biri də qazona qulluqdur. çünki əkilmiş qazonu vaxtında biçmək, suvarmaq, alağını təmizləmək və dərmanlamaq lazımdır.


Ağacların əkilməsini sizin istəyinizə uyğun həyata keçiririk. Bu zaman həm dekorativ həm də meyvə ağacları seçilir. Ağaclara qulluq zamanı bunlar həyata keçirilir:

1. Ağacın dibinin bellənərək yumşaldılması

2. Suvarılması

3.Gövdələrinin ağardılması

4. Budanması

5.Müxtəlif ziyanvericilərə qarşı gübrələrin verilməsi.

Bu proseslərdən sonra ağac bitkilərinin inkişafı sürətlənir. Gübrələrin seçilməsi zamanı bəzi qaydalara mütləq şəkildə əməl olunmalıdır. Üzvi gübrələr bitkinin kökünün inkişafına müsbət təsir göstərdiyi halda, mineral gübrələr bitki tərəfindən mənimsənilir. Ağaclara qulluq da budama prosesi də əsas yer tutur. Budama proseslərini yaz, payız və qışın sonunda hıyata keçirmək daha məqsədəuyğundur.

Bağın qulluğunda suvarma əsasdır. Müxtəlif suvarma üsullarindan istifadə olunur bağ suvarmasında. Ənənəvi suvarmada bitkilərin kök hissəsinin rütubətliliyi təmin olunur. Çiləmə üsulunda bitkilərin üst hissəsinin sulanması əsasdır. Avtomatik suvarma sistemi quraşdırılarsa daha keyfiyyətli suvarma həyata keçirilər.


Landşaftın işıqlandırılması son dövrlərdə daha geniş şəkil almışdır. İşıqlandırma sizin bağınızın gecələr daha gözəl gərsənməsinə səbəb olacaq. İşıqlandlrmaya-hovuzları, bağızınızdakı cığırları, eyni ilə də ağacları daxil edirik. Düzgün quraşdırılmış bağ işıqları sizin bağınızın yaraşığına diqqəti cəlb edəcək. Bəzən də işıqlandırmanın düzgün quraşdırılması Sizin bağınızdakı qüsurları gizlədə bilər. Uzun və yorğun iş günündən sonra bağınızın gözəlliyi gözünüzü və könlünüzü oxşayacaq və tam bir istirahət əldə edəcəksiniz. Bu sahədə bizə güvənə bilərsiz.............











mirdesign studio