Dizayn və təmir
2015-01-13 22:33:06

İnsanın evi ona hüzur və rahatlıq verməli olan ən önəmli məkandır. Bunun üçünsə müxtəlif ünsürlər vardır ki, onlardan biri mənzilin zövqə uyğun dizaynı və təmir edilməsidir. Mənzilləri dizayn edərkən diqqət edilməsi gərəkən əsas göstərici onun birbaşa ev sahiblərinin zövqünə, istəklərinə, ruhuna xitab etməsidir. Hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, siz evinizə yox, məhz eviniz sizə, rahatlığınıza xidmət etsin. Moda trendlərinə uyum yoxsa rahatlıq? Bu seçim dizayn və təmirdə ön sırada cavablandırılmalı suallardan biridir. Bu isə olduqca diqqət və zəhmət tələb edən bir sahədir. Çünki evimizi dekorasiya edərkən bir çox çətinliklərlə qarşılaşa bilərik. Əvvəlcə hansı dizayn stilinə qərar verməliyik? Düzgün və zövqlü dizaynın pillələri hansılardır? Nədən başlamaq lazımdır? Büdcənizə uyğun və göz oxşayan təmiri necə həyata keçirə bilərsiniz? Klassik tərz mebel hələ də istifadə edilirmi? Modern tərzdə döşənən ev modaya ayaq uydura bilməyib tez dəbdən düşərmi? Bu stillər hansı görünüşdə mənzillər üçün yararlıdır? Hansı tərzlərin uyumu məqsədəuyğundur? Evin stilini tamamlayan pərdələr, aksesuarlar, xalçala hansılardır? Mənzil dekorasiyasında və təmirində tez-tez yol verilən xətalar hansılardır? Nələrdən qaçınmaq gərəkdi? Bu və bu qəbildən olan onlarla sualları cavablandırmaq, hər xırda detalı nəzərdən qaçırmamaq isə gördüyünüz kimi çətin məsələdir. Lakin bu sualların hər birinin müvafiq cavabları vardır. Biz “Creative Group” olaraq sizə bu problemlərin həlli yollarını təqdim edirik. Yüksək səviyyəli professional dizayn və təmir xidmətləri, evlərin, ofislərin, villaların və digər tikililərin interyer dizayn və təmirini öz üzərimizə götürürük. İstənilən inzibati, ictimai və şəxsi obyektlərin təmiri və dizaynı, mütəxəssislər tərəfindən konsultasiya və baxışı, təmirdə istifadə olunan materiallar haqqında ətraflı məlumatın verilməsi, təmir layihəsinə tam nəzarət edilməsi bizim xidmətlərimizə daxildir.

Mənzillərin dizaynı zamanı diqqət edəcəyiniz önəmli nöqtələri seçib ayırmaq bu yolda ilkin pillədir ki, bu istiqamətdə biz sizə yaxından köməklik göstərəcək potensialda olduğumuza inanırıq. İlk öncə evin stilinə qərar verilməlidir.Bu mənzil dizaynının olmazsa olmazıdır. Klassik, modern, avanqard və s. hər stilin ayrıca diqqət edilməli nüansları  mövcuddur təbii olaraq, çünki dekorda kəskin nöqtələr yoxdur. Hətta klassik tərzlə modern tərzin sintezi belə mümkündür. Bununçün mətbəx və qonaq otağı oxşar, yataq otağı isə fərqli formada dekor edilməlidir. Metal modern stilə uyğun olduğu halda, parıltılı şüşələr,dəri isə krem tonlarında mebel klassik tərzə mənsubdur.

İkinci diqqət edilməli sahə mənzilinizdə istifadə olunan rəng seçimidir. Rənglərin zövqə görə seçilməsi zəruridir, çünki bu dekorasiyanın təməlidir. Bildiyimiz kimi hər rəng insanda müxtəliq təsir oyatma qabiliyyətinə malikdir. Məsələn qırmızı bir müddət sonra aqresiya və əsəb, narıncı aclıq, iştah, boz isə sıxıcılıq hissinin yaranmasına səbəb olduğuna görə bu rənglərin ev dizaynında basqın yer alması məqsədəuyğun deyildir. Kəskin rənglərin istifadəsi zamanı mütləq ağ və açıq tonların qarışdırılması gərəkir. Bütün bunlara baxmayaraq statistikaya əsasən əksər dizaynerlər mənzilin rənglənməsində hər rəngin istifadəsini yolverilən sayırlar. Əsas məsələ rənglərin uyumu və dozasının düzgün tənzimlənməsidir.

Üçüncü əsas məsələ isə düzgün mebel seçimidir. Böyük qonaq otağına böyük divan, böyük aydınlatma sistemi həmin məkanda daha konforlu bir görünüş və şərait yarada bilər, eyni zamanda əksinə. Adətən çoxluq olan ailələrdə yaşadığımız, böyüdüyümüz üçün bu, bizim kiçik otaqlara uyğun olmayan böyük mebellər seçməyimiz kimi bir xətaya səbəb ola bilir. Və həmin mebellər evin həcmini bir az da kiçiltdiyi üçün evin xoş görüntüsünü zədələyə bilir. Bütün bu sadaladığımız qisimlərdən başqa evin bir hissəsində xatirələrinizə yer ayıracaq əşyalar, praktik lakin dəbə uyğun mətbəx mebeli, evin dekorasiyasına uyğun bağça və digər bu kimi xırdalıqlar dizaynın ayrılmaz parçasıdır.

Daimi inkişafda və yeniliklərə açıq olan “Creative Group” təyin olunmuş müddət ərzində sizə yuxarıda haqqında qısaca da olsa bəhs etdiyimiz bütün detalları nəzərə alaraq zövqünüzü oxşayan memarlıq- dizayn və təmir işləri təqdim edərək mənzilinizin milli və müasir üslubda yenidənqurmasına xidmət edir.












mirdesign studio