ekspertiza
2016-01-10 17:23:43

Ekspertiza (fransızca espertise, latınca espertus -təcrübəli)-mütəxəssis-ekspert tərəfindən elmi, texniki, iqtisadi, ticarət və başqa sahələrdə həlli xüsusi bilik tələb edən, hər hansı bir məsələnin tədqiq və müayinə edilib, həmin məsələyə əsaslandırılmış rəy verilməsidir. Ərzaq malları ticarət, texnoloji, gigiyenik, baytar-sanitar, iqtisadi, rüsum-lisenziya, məhkəmə-hüquq və s. növ ekspertizalara cəlb edilə bilərlər.

Ekspertizanın aparılması mütəxəssis-ekspertlərə həvalə olunur. Ekspert-mütəxəssis, maraqlı tərəflərdən asılı olmayan aparıcı və neytral bir şəxs olmalıdır. Ekspertiza aparan zaman ekspertlər obyektivlik, səlahiyyətlilik, müstəqillik, işlərə sistemli yanaşma, səmərəlilik, istehlakçılar və ətraf mühit üçün malların təhlükəsizliyi prinsiplərinə əməl etməlidirlər. Ərzaq mallarının ekspertizası üçün ekspertiza kompaniyalarından, ticarət ekspertiza laboratoriyalarından, sanitar-epidеmioloji stansiyalarından, dövlət baytarlıq idarələrindən mütəxəssislər cəlb edilə bilər. Bu və ya başqa mütəxəssislərin dəvət edilməsi, həlli tələb olunan məsələlərdən asılı olur.

Istehlak mallarının bazarında rəqabətin meydana çıxması və ümumiyyətlə bazar münasibətlərinin yaranması, malların kommersiya obyekti olmaqla daha dərindən müayinə edilməsi zərurəti yaranır.

Buna görə də, hazırkı vaxtda mal ekspertizası vacib əhəmiyyət kəsb edir.  Mal ekspertizasının məqsədi ekspert tərəfindən malların əsas xüsusiyyətlərinin, o cümlədən, onlarda mal dövriyyəsi zamanı əmələ gələn dəyişikliklərin qiymətləndirilməsi və axırıncı nəticə kimi, müstəqil və səlahiyyətli rəylərin verilməsidir. Mal ekspertizasının əsas obyektlərini istehlak malları təşkil edir.

Istehlak malları – istehlakçıya realizə olunan və onun şəxsi məqsədləri üçün istifadə olunan mallara deyilir. Lakin, belə adlandırılma şərtidir, çünki eyni mal müxtəlif istehlakçılarda eyni məqsəd üçün istifadə oluna bilər. Məsələn: şəkər ev və sənaye konservləşdirilməsində istifadə edildiyi üçün müxtəlif siniflərə ayırd edilir. Buna görə də istehlak malları ekspertizasının bir çox aspektləri sənaye təyinatlı mallar üçün də xarakterikdir. Bu da «Mal ekspertizası» termininin istifadə sahəsini genişləndirir.

Ekspertiza aparılan zaman malların ən əsas hesab edilən xüsusiyyətləri: müxtəlifliyi, keyfiyyəti, kəmiyyəti. Dəyəri isə bütövlükdə və ya onların bir hissəsi кiмi qiymətləndirilməlidir.

Ekspert qiyməti-istehlak mallarının bir və ya bir neçə xüsusiyyətlərinin yoxlanılıb, bu xüsusiyyətlərin həqiqi qiymətinin aydınlaşdırılması, onların əmtəə məlumatlarına və təyin olunmuş tələblərinə uyğunluğunu təyin edən əməliyyatların aparılmasından alınan nəticələrdir. Əmtəə məlumatları dedikdə markalanmadakı, mal müşayətedici sənədlərdəki və ya başqa məlumat mənbələrindəki normativ-texniki sənədlər, sorğu ədəbiyyatları və s. məlumatlar nəzərdə tutulur. Mal nomenklaturaları tələbindən asılı olaraq əmtəə ekspertizası bir neçə yarımqruplara bölünür.

Mal ekspertizası mallara tələb nomenklaturasından asılı olaraq təsnif olunur. Mal ekspertizasını vacib və mütləq növlərindən biri əmtəəşünaslıq ekspertizasıdır.

 











mirdesign studio