Güvənlik və imic
2015-01-13 22:35:51

Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik?

Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür.  Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır.

Uğur qazanmaq üçün imic lazımdır, amma əlbəttə ki, çılpaq imic də heç nəyə yaramır: imicimiz fikirlərimizlə, düşüncə tərzimizlə qüvvətləndirilməlidir. Şirkət və ya təşkilatların imici də buna uyğun olaraq vəd etdiklərinin reallaşdırılması ilə müəyyənləşdirilir. Əgər əvvəlcədən irəli sürülən öhdəliklər yerinə yetirilməzsə yaxud vəd edilənlərin həcmi göstərilən xidmətdən böyük olarsa şirkət nəinki güvən və imic əldə edər əksinə insanların inamını itirər və nüfuzdan düşər.

CREATİVE GROUP şirkəti olaraq məqsədimiz nəinki güvən və imic qazanmaq, həmçinin bu imicin arxasında keyfiyyətli xidmət göstərməkdən ibarətdir. Kəmiyyət deyil keyfiyyətə önəm verməyi uğurun açarı olaraq qəbul edir, müştərilərə göstərə bilməyəcəyimiz xidmətlərin sözünü vermirik...











mirdesign studio