Haqqımızda
2015-12-30 11:36:54

 

"Creative Group" şirkəti

Yüksək keyfiyyət əsasında daşınmaz əmlakın ekskluziv dizaynı, təmiri, layihələndirilməsi, tikintisi və alqı-satqısıdır. Bizim mütəxəssislərimizin təcrübəsi və istedadı həqiqətən də sizin bütün xəyallarınızı reallaşdırmağa imkan verir. Biz, müştərilərimizin oz evlərinin və ya mənzillərinin yeni simasına heyran qalması üçün əlimizdən gələni edirik. "CreativeGroup" şirkəti, hüquq müstıvisində sizə alqı-satqı, idarəetmə, təmir, tikinti, dizayn, memar məsləhəti, daşınmaz əmlakın evakuasiyası və bununla əlaqəli köməkçi xidmətlər, səyyar usta və təmir xidməti, yaşıllaşdırma, bağçılıq və bostançılıq, ekspertiza və qiymətləndirmə xidmətlərini Sizə təqdim edir. İş nümunələrini Siz bizim saytımızda gorə bilərsiniz. "Creative Group"-la işləmək rahatdır! Axı biz əla servis, nöqsansız xidmət keyfiyyəti və bizim hər bir Sifarişimizə fərdi yanaşma təklif edirik. Bizim bütün layihələrimiz son dərəcə fərdidir. Hər bir muştəri məmnuniyyəti bizim devizimizdir. Biz Azərbaycanda əmlak bazarında ilk dəfə arzuladığınız xidmətlərin hamısını təqdim edə bilən yeganə şirkətik.

"Creative Group" -da sizə  daşınmaz əmlakla bağlı bütün arzuladığınız və xəyallarınızdakı xidmətlər göstərilir.

"Creative Group":

Peşəkarlıqdır

Biz kollektivə yalnız ən yaxşı mütəxəssisləri, hüquqşunasları, satış temsilçilərini ,peşşəkar insaatçıları, dizaynerləri, layihəçiləri götürürük, müasir avadanlıqdan, effektiv tikinti texnologiyalarından istifadə etməklə ən yaxsı materiallarla işləyirik və hüquq müstəvisində sizə bir güvən veririk.

Müştəri qarşında məsuliyyətdir

Biz öz adımızla fəxr edirik, işlərin qanuna uyğun müqaviləyə əsasən yerinə yetirilməsi bizim üçün ehtiram məsələsidir. Hər birinizin qarşısında məsuliyyətli iş qoymaqla Azərbaycanda bu sektorda güvənlik və keyfiyyət institununun yaranması və inkişafı üçün çalışırıq.

Çeviklikdir

Bizim şirkət, təcrübə və peşəkarlığa əsaslanaraq, hər bir müştəriyə fərdi yanaşmağa, hər birinə əməkdaşlıq üçün münasib variantı təklif etməyə, qarşılıqlı əlaqələr üçün optimal və çevik üsul tapmağa calışır. İlk dəfə Azərbaycanda hər bir sahədə sizin yerinizə biz çıxış edib etibarnamə institutundan istifadə edərək sizin arzularınızın daha çevik reallaşmasına xidmət edirik.

Yüksək xidmət keyfiyyətidir

Xidmətimizlə sizi təəccübləndirməkdən qürur duyuruq. Biz daima nəinki öz maddi bazamızı, eləcə də bizim işçi heyətin hazırlıq səviyyəsini təkmilləşdiririk. Yerinə yetirilən iş və xidmətlərin keyfiyyət göstəriciləri isə sifarişçilərin çoxsaylı müsbət rəyləridir.

Işlərin tam vaxtında yerinə yetirilməsidir

Bütün xidmət proseslərinin idarəetməsində toplanan böyük təcrübə və düzgün taktika bizə işləri tam vaxtında yerinə yetirməyə imkan verir. Creative Group verdiyi vaxta riayət edəcəyi barədə sizin qarşınızda müqavilə ödəliyi ilə zəmanət verir.

Xidmətlərin münasib dəyəridir

Ilk öncə bu sektorda xidmətinə verilən qiymətdən məmnunluq duyan bir şirkətdir və eyni zamanda xidmətinin səviyyəsini heç bir zaman maddiyyata bağlamır. Şəxsi maddi-texniki baza, eləcə də partnyorların və material təchizatçılarının geniş dairəsi bizə xərcləri minimuma endirməyə imkan verir ki, bu da nəticədə yerinə yetirdiyimiz işlərin dəyərində müsbət əksini tapır.

Əsas qanunumuz qanunvericilik tələblərinə, müqavilənin xüsusi normativ və şərtlərinə əməl olunmasıdır

Biz, işlərin aparılmasının norma və qaydalarının tam tərəfdarıyıq, eləcə də bu və ya digər xidmətlərin göstərilməsi üçün lazımı bütün sənəd mübadiləsini həyata keçiririk.

"Creative Group" şirkətinin məqsədi

 

Məqsədimiz daşınmaz əmlakla bağlı bütün xəyallarınızı Sizin üçün reallaşdırmaq!











mirdesign studio