İcarə xidməti və barter
2015-01-13 22:31:58

Barterin hərfi mənası mübadilədir . Barterin tətbiq edilməsi Lidiyalılardan başlanır . Lidiyalılar pulu ticarət malının qarşılığı olaraq tətbiq etməyə başladıqca mübadilə insanların həyatında arxa plana atıldı. Ancaq günümüzdə ekonomik böhranlar artdıqca barter ticarət sistemi yenidən yavaş -yavaş həyatımıza girməyə başladı . Barter sistemi bizə məlum olan birə-bir qarşılıqlı mübadilə əməliyyatlarından fərqli olaraq çoxlu mübadilə stansiyaları ilə işləyən alternativ iqtisadiyyat modelidir. Yəni barter tətbiqlərində pul bir dəyər olaraq istifadə edilən yeni bir finans sistemidir .

Sadə izahatla mübadilə insanların əlindəki ləvazimatları ehtiyac duyduğu ləvazimatlarla dəyişdirmək deməkdir. Alacağın bağlanılması üçün miqdar nizamlanması edilə bilməyən hallarda borclu qalan tərəf millətlərarası pul vahidi ilə nəğd ödəmə edərək hesabı bağlayar. Qəbul etmək lazımdır ki mübadilə sadə bir proses olmaqla bərabər, böyük ölçüdə qarşılıqlı güvən əsasına söykənən bir sistemdir. Ehtiyacdan artıq olan malların qarşılıqlı olaraq eyni anda təslimi mümkün olmaya bilər. Bu vəziyyətdə hər hansı bir vasitəçi təşkilatın qarant olaraq dövriyyədə olması lazımdır. “Mübadilə otaqları” bu səbəblə yaradılmış təşkilatlardır. Əvvəlki dövrlərdə ibtidai cəmiyyətlərin ticarət sistemi olan mübadilə indiki vaxtda inkişaf etdirilmiş və asanlıqla tətbiq şərtlərinə qovuşdurulmuşdur. Bu inkişaf etmiş növlər barter və klirink olaraq bilinməkdədir. mübadilə əməliyyatının bir adı da trampa. Mübadilə və trampa, barter tətbiqinin daha saf və primitiv formalarıdır. Mübadilə digər sözlə üzv firmanın satın aldığı mal və xidmətin əvəzini öz istehsal etdiyi mal və ya xidmətlə ödəməsidir. Bu əməliyyatda alıcı və satıcı bir araya gəlməzlər. Əməliyyatları başından sonuna qədər təşkilatçı mövqeyindəki firma həyata keçirir. Bu prosesdə pul demək olar ki istifadə edilmir. Yalnız mühasibat uçotu üçün dövrəyə girir. Sistem; tətbiqdə həm mal və xidmətin satışında bir marketinq texnikası, həm də bir ödəniş vasitəsi olaraq istifadə edilməkdədir. Barter ticarəti mübadilə və trampa əməliyyatlarının inkişaf etmiş və müasir bir şəklidir.


Klirink : ( Beynəlxalq Barter ) İki ölkə arasında edilən alış - veriş münasibətlərinin qarşılıqlı olaraq malla ödənməsidir . Klirink əməliyyatı  əlaqədar dövlətlər arasında imzalanan “klirink müqaviləsi” vasitəsi ilə həyata keçirilir . Barter ilə klirink arasındakı fərq ; birincisində sistem təşkilatçısının xüsusi sektora aid bir şirkət , ikincisində isə dövlət olmasıdır . Klirink sistemində Mərkəzi Bank və ya müxbir bankı dövriyyədədir . Klirink müqaviləsi imzalanan ölkələrdə istehsalçı  alıcısını tapıb ixracatı həyata keçirir . Gömrük Çıxış bəyannaməsi ( GÇB ) deyilən sənədi banka göstərib ixrac etdiyi malın əvəzini alır . Mərkəz Bank  ödədiyi malın əvəzində əlaqədar firmanın hesabına borc saxlayır . Həmin ölkədən ölkəmizə sövq edilən mallar da hesaba borc olaraq keçir . Borc - alacaq fərqi , müqavilədə göstərilən dövrün sonunda nəğd olaraq ödənilir və ya bir sonrakı dövrəyə intiqal etdirilir .

 

 











mirdesign studio