Konsaltinq
2016-01-04 17:59:24

Konsaltinq (ing. consulting – məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. Konsaltinq şirkəti bu kimi xidmətlər göstərən mənbədir. Nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən n % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətləri verilir.

Konsaltinq xidmətlərinin növləri:

Konsaltinqin həll etməli olduğu problemlər sahəsi həddən artıq genişdir, bundan başqa konsaltinq xidmətlərini göstərən şirkətlərin ixtisaslaşması müxtəlif ola bilər. Bəziləri konsaltinqin hər hansı bir sahəsi (məsələn, strategiya, ekalogiya, əməyin təşkili, sərmayələr, kadr siyasəti, maliyyə, vergilər və s.) ilə kifayətlənməklə, məhdud ixtitsaslı şirkət olaraq fəaliyət göstərir. Geniş istisaslaşmaya malik olanlar isə konsaltinq sahəsində tam xidmət spektri təqdim edir.

Konsaltqin müştəri-təşkilatların idarəetmə, iqtisadi, maliyyə, sərmayə fəaliyyəti, strateji planlaşdırma, şirkətin ümumi fəaliyyəti, biznesin aparılması, satış bazarlarının araşdırılması və proqnozlaşdırılması, qiymətlərin hərəkatı və. s kimi məsələlərini həll edir. Başqa sözlə desək, konsaltinq bu və ya digər problemin həllində xarici konsultantlar tərəfindən göstərilən istənilən yardımdır.

Konsatlinqin əsas məqsədi rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə kompaniyanın fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir.

Biznesin istənilən sahəsində hüquqi müşaiyət.

Hazır biznesin alqı-satqısı.

Biznes, iqtisadi siyasət, hüquqi vəziyyət sahəsində aksiyaların və qiymətli kağızların alqı-satqısı barədə məsləhət, investisiya layihələrinin müşaiyət olunması.

Daxili lokal sənədlərin (vəzifə təlimatlarının struktur bölmələri haqqında əsasnamələrin və s.) işlənib hazırlanması, partnyorlarla nəzarətedici və digər orqanlarla və təşkilatlarla (o cümlədən, dövlət təşkilatları ilə) hüquqi cəhətdən düzgün yazışmaların aparılmasına kömək göstəririk.

İnsan resurslarının idarəetmə sistemlərinin işlənməsi – imkanların mobilizasiyası və insan resursları xidməti əməkdaşların fərdi konsultasiyası; insan resurslarının idarəedilməsi – cəlb etmə və seçim üzrə rəhbərliyin siyasət və prosedurların işlənməsi; funksiyalaşdırma və monitorinq; treninq və inkişaf etmə; işin qiymətləndirilməsi.

Keyfiyyətli xidməti təmin edən, müştərilərlə qarşılıqlı münasibətlərin idarəetmə sisteminin qurulması; işçi heyətinin müştərilərlə münasibət vərdişlərinin yaranması və artırılması hazırlığı.

 

 

 

 

 

 


İdarəetmə standartları sahəsində inteqrasiya olunmuş qərarlar üzrə məsləhətlər. Müxtəlif sistemlərin inteqrasiyası bizim müştərilərimizin vaxtına və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verir, sahəvi tapşırıqlar və tələblər məntiqi olaraq üst-üstə düşür.











mirdesign studio