Səyyar təmir qrupu
2015-01-13 22:34:18

Creative Group əvvəlki bölmələrdə qeyd etdiyimiz kimi sadəcə alqı-satqı və kirayə işləri ilə məşğul olmayıb 8 müxtəlif sahədə fəaliyyət göstərir. 2015- ci ildən fəaliyyətə başlayan şirkətimiz qısa müddətdir tikinti sahəsində işinə başlasa da öz işlərində keyfiyyət fərqi ilə tanınmışdır. Bu müddət ərzində bir neçə təmir və tikinti işləri həyata keçirmişik. Həmin işləri isə saytımızın  "Kataloq" bölməsindən izləyə bilərsiniz.

Şirkətimiz həmçinin SƏYYAR TƏMİR xidmətini öz istifadəçilərinə təklif edir. Səyyar təmir xidməti çərçivəsində biz sizə peşəkar ustalar heyəti təklif edirik. Belə ki, sadəcə bir zənglə istədiyiniz xidməti sizin ayağınıza gətirə bilərik. Bunun üçün bizimlə əlaqə saxlayıb nə cür təmir işi seçdiyinizi, dizayn yaxud tikinti kriteriyalarınızı deməyiniz kifayətdir.

Həyət və bağ evləri, o cümlədən bina evləri, villalar və digər hər cür əmlakın layihələşdirilməsi, sıfırdan tikilməsi, interyer, dizayn, təmir, tikinti, abadlaşdırma, yaşıllaşdırma və s. bu kimi fəaliyyət sahələri ilə sizlərin xidmətindəyik. Təmir paketi, interyer, dizayn, elektrik, santexnik, suvaq, malyar, alçipan, asma tavan, kafel-metlax, divar kağızı, döşəmə laminant,daxili qapılar, aksesuarlar, təmirdən sonra təmizləmə də bizim işin tərkibinə daxildir. Belə ki, Creative Təmizlik sahəsində fəaliyyət göstərən əməkdaşlarımız elə yerindəcə təmir edilmiş ərazinin təmizliyi ilə məşğul ola bilərlər.

Ustalar briqadası mənzillərin, villaların, ofislərin təmir və tikintisini həyata keçirir.

Creative Group şirkəti səyyar usta xidməti sahəsində keyfiyyətli işi, özünəməxsus iş prinsipi, yüksək səviyyəli və peşəkar işçi kollektivi sayəsində gördüyü işlərlə istər daşınmaz əmlak, istər tikinti-dizayn, istərsə də təmir işi sahəsində hər zaman seçilmiş və müştəri məmnuniyyətini ən əsas iş prinsipi olaraq qəbul etmişdir. Müraciət edən müştərilərin ilkin olaraq kriteriyaları və təbii ki büdcəsi nəzərə alınaraq təmir işləri həyata keçirilir...


 











mirdesign studio