Sığorta
2015-01-13 22:35:18

 

Sığorta (ing. İnsurance) - şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti,o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.


İxtisaslaşdırılmış təşkilatlar - sığorta şirkətləri - tərəfindən sığorta etdirənlərin sığorta haqqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir.


Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal , fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı - pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət - sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir.


Sığorta könüllü və icbarı formalarda həyata keçirilə bilər. Könüllü sığorta söğortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır.


Qanunvericiliyə zidd olmayan aşağıdakı əmlak mənafeləri sığorta obyektləri ola bilər: sığortalının və ya sığorta olunan şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar (şəxsi sığorta); əmlakın sahibliyi, istifadəsi və sərənvamlığı ilə əlaqədar (əmlak sığortası); sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına vurulmuş ziyan, eləcə də hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar məsuliyyət sığortası).


Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin ( təkrar sığorta və qarşılıqlı sığorta istisna olmaqla) və ölkənin rezidentləri kimi fiziki şəxslərin əmlak mənafelərinin sığortası yalnız sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziysı olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.


Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta fəaliyyətini həyata keçirə bilərlər.



Verilmiş səlahiyyətlərə uyğun olaraq sığortaçının adından və onun tapşırıği ilə fəaliyyət göstərən fiziki və ya hüquqi səxlərsığorta agentlətidir. Sığortalının və ya sığortaçının tapşırıqları əsasında öz adından sığorta üzrə vasitəçilik fəaliyyətini həyata keçirən sahibkarlar qismində müəyyən olunmuş qaydada qeydiyyatdan keçən hüquqi və ya fiziki səxslər sığorta brokerlər sayılır.

Creative Group olaraq 2 növ sığorta xidməti təklif edirik müştərilərimizə;
1. Əmlak Sığortası
2. Xidmət Sığortası

Əmlak Sığortası - əmlaka dəyə bilən fiziki zərər risklərindən qorunmaq imkanı verir. Siz, bina, daşınmaz əmlak, mənzil, mal, ərzaq, avadanlıq, mebel, pul, kommunikasiya xəttləri və bəzək - işləmə daxil olmaqla bütün əmlak obyektlərini sığortalaya bilərsiniz. Əmlak sığortası əmlakın aşağıdakı sığorta hadisələri nəticəsində məhv olması və ya zədələnməsi halında dəymiş zərərin ödənilməsinə təminat verir:

- Yanğın, ildırım vurma, partlayış;
- Zəlzələ, yer sürüşməsi, subasma, fırtına və s;
- Yaşayış yerlərinə zorla daxil olma / oradan çıxma əlamətləri ilə müşaiyət olunan oğurluq halları (Theft by Forcible and violent entry / exit);
- Suyun vurduğu ziyan;
- Üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri;
- İcarəyə götürənin məsuliyyəti;
- İstehsalatda yaranan fasilə.

Məsuliyyətlə bağlı sığorta limitləri əmlakın dəyərindən asılı olur (yəni, onun real və ya bərpaetmə qiymətindən).

Sığorta şəhadətnaməsi yazılması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə buraya müştərinin digər əmlakı da əlavə oluna bilər (məsələn, qiymətli əşyalar, sənət əsərləri, rəsmlər, kitablar, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar, xalçalar, qiymətli kağızlar, plan və eskizlər, ixtira patentləri, sənədlər, nağd pul, əmanət və girov mallar, hərəkət halı istisna olmaqla nəqliyyat vasitələri və onların yükləri və s.).

Xidmət Sığortası - hər hansı bir xidmətin (dizayn, təmir, tikinti, daşınma, təmizlik, təhlükəsizlik və s.) sığortasıdır. Xidmətlə bağlı hər hansı bir azuolunmaz hal ilə qarşılaşdıqda sığortalanmış sahədə yenidən xidmət göstərilir.











mirdesign studio