Stadion Tikintisi
2016-10-14 11:50:43

 

Creative Group şirkəti olaraq sizlərə təklif edəcəyimiz xidmətlərdən biri də stadionların - idman komplekslərinin, su-sağlamlaşdırıcı və üzgüçü hovuzlarının tikintisi və yenidən qurma işləridir.

Şirkətimizin bu sahə üçün ixtisaslaşmış  mütəxəssisləri sizin üçün  konsultasiya keçirir, obyektinizə avadanlıq və materiallar seçir, lazımi hüquqi sənədləri hazırlayır, layihə işlərinin ixtisaslaşdırılmış müşayiətini edir, avadanlıq və materialların aparıcı istehsalçılarda təlim keçən yüksək ixtisaslı işçilərimiz isə avadanlığın quraşdırılmasını və tikinti-quraşdırma işlərini vaxtında keyfiyyətlə yerinə yetirirlər.

Stadionların tikinti və yenidən qurulması işlərində müasir texnologiyaların işlənməsi və ancaq yüksək keyfiyyətli materialların istifadəsinə diqqət göstəririk. Tikinti materialları bazarında keçirilən araşdırılmalar, müxtəlif istehsalçıların təbii və sintetik örtüklərin xüsusiyyətlərinin və parametrlərin qiymət qoyulma nəticəsində biz hal-hazırda ən qabaqcıl və keyfiyyətli materialları olan firmaları özümüz üçün əməkdaş seçmişik.

Hər bir müştəri müraciəti bizim üçün olduqca böyük əhəmiyyət kəsb etdiyinə görə gördüyümüz işlərin - idman obyektlərinin komplekt tikintisi və obyektin tikintisinin hər bir mərhələsində əldə etdiyimiz geniş məlumat sayəsində müştərilər üçün obyektin tikinti və yenidənqurmasından əlavə düzgün konsultasiya vermək imkanlarına da sahibik.


Creative Group şirkəti olaraq stadion tikintisi çərçivəsində sizlər üçün aşağıdakı fəaliyyət növlərində xidmətlər təklif edə bilərik:

- idman meydanlarının tikintisi

- müasir materialların və qabaqcıl texnologiyaların istifadəsi ilə örtülü və açıq idman meydanlarının tikintisi və yenidən quraşdırılması

- bütün tipli yerə qoyulan örtüklərin döşəməsi, onların bərpası və döşəmələrin bərabərləşdirilməsi

- idman avadanlığının gətirilməsi və quraşdırılması

- üzgüçü hovuzlarının, əyləncəvi və sağlamlaşdırıcı su komplekslərinin layihələndirilməsi, tikintisi və yenidən qurulması, su-hazırlama avadanlığının quraşdırılması, xidmət göstərməsi

- qoruyucu örtüklərinin və hidroizolyasiya membranlarının quraşdırılması

- materialların gətirilməsi


Obyektdə aparılan işlərin çərçivəsində bizim mütəxəssislərimiz işlərin bütün kompleksini həyata keçirəcəklər:

* obyektə getmə, yerin topoqrafik çəkilməsi, ilkin istismarın düzəldilməsi;

* layihə-smeta sənədlərinin hazırlanması və razılaşdırılması;

* konsaltinq və mühəndislik xidmətləri;

* işlər üzrə bütün kontrolun həyata keçirilməsi;

* müqavilə bazasının hazırlanması;

* tikinti prosesinin təminatı, o cümlədən obyektə hər bir gərəkli olan materialların gətirilməsi və tikinti texnikasının verilməsi;

* nümayəndə funksiyaları, xarici şirkətlərlə danışıqların aparılması;

* avadanlığın gətirilməsi, quraşdırılması və qaydaya salınması;

* obyektin zəmanət və post-zəmanət xidməti.

Bütün görülən işlərə biz 3 ildən 15 ilədək keyfiyyət zəmanəti veririk və sifarişçi ilə razılaşdırmadan sonra əlavə olan post-zəmanət xidmətlərini öhdəsinə götürürük.

Şirkətimiz - mühəndislərimiz, layihə menecerlərimiz və tikinti bölməsinin mütəxəssisləri bu sahədə sizləri məmnun etmək və bütün istəklərinizi hərtərəfli surətdə qarşılamaq üçün ən üstün xidməti göstərməyə çalışacaqlar...


 











mirdesign studio