Tikinti və yenidənqurma
2015-01-13 22:32:44





Şirkətimiz istənilən dizaynda və ölçülərdə villaların və fərdi evlərin tikintisini həyata keçirir. Tikinti prosesində bütün mövcud keyfiyyət standartlarına tam sürətdə riayət olumaqla, materalların keyfiyyət sertifikatlarından tutmuş tikinti işlərinin keyfiyyət ekspertizasına qədər bütün mərhələlər tam peşəkarlıqla və güvənlə aparılır. Şirkət tikinti işlərində ən yüksək keyfiyyətli inşaat materiallaından istifadə edir. Bütün tikinti işlərinə növündən asılı olaraq şirkət tərəfindən minimum 3 il tam zəmanət verilir. Məsələn monolit beton işlərinə şirkət tərəfindən 50 il tam zəmanət verilir. Verilən zəmanətə müqavilə öhdəliyi ilə riayət olunur.

Bizim yüksək ixtisaslı mütəxəssislərimizim tikinti və təmir sahəsindəki bilik və təcrübələri mənzilinizin hələ uzun müddət sizi özünün gözəllik və rahatlığı ilə sevindirəcəyinin zəmanətidir. Bizim şirkətin tikinti şöbəsi Sizə, məkanların mürəkkəbliyinə görə, kosmetikdən tutmuş VIP - yə kimi, istənilən səviyyədə təmirini təklif edə bilər. Biz istənilən təyinatlı daşınmaz əmlakın tikintisini və rekonstruksiyasını keyfiyyət və müəyyən edilmiş müddətlərə əməl etməklə yerinə yetiririk. Bu, uzunmüddətli - 2 il zəmanət verməyə imkan verir. Zəmanət müddəti ərzində bizim şirkət işin görülməsi üçün tam həcmdə məsuliyyət daşıyır.













mirdesign studio