Hosting & Domain

Veb sayt üçün sürətli hosting, domain qeydiyyatı, SSL sertifikatı və texniki dəstək.

Hostinq ucuz olanda deyil, işləyəndə yaxşıdır. Sayt saatda bir dəqiqə də olsa düşürsə, ziyarətçi bunu görür və Google da görür. Biz saytları öz idarə etdiyimiz serverlərdə yerləşdiririk — bu, problemi kiminsə dəstək növbəsini gözləmədən həll etmək deməkdir.

Nə daxildir

  • SSD server — sürətli disk, ayrılmış resurs
  • Pulsuz SSL sertifikatı — avtomatik yenilənən
  • Gündəlik ehtiyat nüsxə — sayt və baza, ayrı saxlanılan
  • Poçt qutuları — şirkət domeni ilə, veb-poçt daxil
  • Domen qeydiyyatı və yenilənməsi — .az, .com, .net və digərləri
  • DNS idarəetməsi — qeydlərin sizin üçün qurulması
  • Monitorinq — sayt düşərsə xəbər gedir
  • Texniki dəstək — Azərbaycan dilində, real adamla

Köçürmə

Saytınız başqa hostingdədirsə, köçürməni biz aparırıq: fayl və baza köçürülür, poçt qutuları saxlanılır, DNS yönləndirilir. Köçürmə adətən saytın işini dayandırmadan, iş saatından kənarda edilir.

Nəyə diqqət etmək lazımdır

Hostinq seçimində ən çox rast gəlinən səhv yalnız qiymətə baxmaqdır. Vacib olanlar: resursun paylaşılıb-paylaşılmadığı, ehtiyat nüsxənin real olub-olmadığı (bəzi provayderlərdə "var" yazılır, amma bərpa işləmir), dəstəyin cavab müddəti və serverin fiziki yeri. Ətraflı: Azərbaycanda hosting seçimi.

Sürət və sıralama

Server cavab müddəti saytın ümumi sürətinin bir hissəsidir və Google-un ölçdüyü göstəricilərə birbaşa təsir edir. Bu əlaqəni Core Web Vitals yazımızda izah etmişik.

Böyük layihələr üçün

Yüksək yüklənməli platformalarda ayrılmış server və ya bulud infrastrukturuna keçirik — ölçülənə bilən, yüklənməyə görə genişlənən quruluş. Ümumi mənzərə: bulud texnologiyaları bələdçisi. Təhlükəsizlik tərəfi üçün: texniki dəstək və kibertəhlükəsizlik.

Tez-tez verilən suallar

Domeni öz adıma qeydiyyatdan keçirə bilərəmmi?

Bəli, və bunu tövsiyə edirik. Domen həmişə şirkətinizin adına olmalıdır — agentliyin adına qeydiyyat sonradan problem yaradır. Biz yalnız texniki idarəetməni aparırıq.

Mövcud saytımı köçürə bilərsinizmi?

Bəli, köçürmə pulsuzdur. Fayl, baza və poçt qutuları köçürülür, DNS yönləndirilir. Sayt köçürmə zamanı işləməyə davam edir.

Ehtiyat nüsxə nə qədər saxlanılır?

Gündəlik nüsxələr bir neçə həftə saxlanılır və serverdən kənar yerdə də surəti olur. Bərpa tələbini adətən eyni gün icra edirik.

Poçt qutusu daxildirmi?

Bəli, şirkət domeni ilə poçt qutuları verilir — veb-poçt, telefon və Outlook qoşulması daxil olmaqla. Sayı paketə görə dəyişir.

Sayt düşsə nə vaxt xəbər tuturam?

Monitorinq sistemi saytı fasiləsiz yoxlayır; düşmə halında bizə avtomatik siqnal gedir. Əksər hallarda siz fərq etməmişdən əvvəl müdaxilə edirik.

Başqa hostingdə qalıb yalnız domeni sizdən almaq olar?

Bəli. Domen qeydiyyatı və DNS idarəetməsini ayrıca xidmət kimi veririk.

Bu xidmət haqqında məsləhət almaq istəyirsiniz?

Bizimlə Əlaqə
WhatsApp-da yazın