Həllərimiz

Bizim hazırladığımız məhsul və platformalar

Onlayn Təhsil və İmtahan Platforması

Bunny Stream CDN texnologiyası ilə yüksək keyfiyyətli video dərslər, onlayn və oflayn imtahanlar, abunəlik paketləri — hər şey bir platformada. Müəllimlər və şagirdlər üçün tam rəqəmsal təhsil ekosistemi.

Elektron Növbə Sistemi

Müştərilərinizi sırada gözlətməyin — NextUp ilə ağıllı elektron növbə sistemi qurun. Kiosk, operator paneli, lobbi monitor və audio elan funksiyaları ilə tam avtomatlaşdırılmış növbə idarəsi.

Sənəd Dövriyyəsi və Korporativ Portal

Şirkətinizin bütün gündəlik işlərini bir platformada cəmləyən hərtərəfli həll. Sənəd dövriyyəsindən tapşırıq idarəetməsi, daxili rabitə, video görüşlər, davamiyyət uçotu və CRM-ə qədər — hər şey bir yerdə.

Biometrik Davamiyyət İdarəetmə Sistemi

Hikvision biometrik cihazları ilə üz tanıma və barmaq izi texnologiyasını istifadə edərək işçilərin davamiyyətini avtomatik izləyin. Gec gəlmə, erkən çıxma, iş saatları — hamısı avtomatik hesablanır.

Anbar və Satış İdarəetmə Sistemi

Məhsul kataloqından satış hesabatlarına qədər bütün ticarət proseslərini idarə edin. Müştəri borcları, təchizatçı borcları, kassa, bank, xərclər və mənfəət hesabatı — hamısı bir sistemdə.

Restoran POS və İdarəetmə Sistemi

Masa idarəsindən mətbəx ekranına, QR menüdən gəlir hesabatlarına qədər restoranınızın bütün proseslərini rəqəmsallaşdırın. Çox restoran dəstəyi ilə şəbəkənizi vahid platformadan idarə edin.

Bijuteriya Mağazaları üçün Satış Sistemi

Bijuteriya və zinət mağazaları üçün xüsusi hazırlanmış POS sistemi. Satıcı izləmə, qaytarmalar, kassa idarəsi və satıcı performans hesabatları ilə mağazanızı tam nəzarət altında saxlayın.

Avtomobil Ehtiyyat Hissələri Filial İdarəetmə Sistemi

Çox filial dəstəyi ilə avtomobil ehtiyyat hissələri şirkətinizi vahid platformadan idarə edin. POS satış, servis qəbulu, anbar, müştəri borcları, işçi maaşları və filial üzrə maliyyə hesabatları.

Topdan Satışda Onlayn Sifariş və Ödəniş Sistemi

Topdan müştərilərinizə onlayn sifariş vermə imkanı yaradın. Müştəri kabineti, sifariş tarixçəsi, ödəniş idarəsi və admin backend ilə topdan satış prosesini tam rəqəmsallaşdırın.

Su Çatdırılması Şirkətləri üçün İdarəetmə Sistemi

İçməli su çatdırılması şirkətləri üçün tam idarəetmə sistemi. Müştəriyə xüsusi qiymət, kuryer tayını, anbar idarəsi, maliyyə hesabatları və mobil tətbiq dəstəyi.

İstehsalat, Qablaşdırma və Anbar İdarəetmə Sistemi

Xammaldan hazır məhsula qədər bütün istehsal prosesini idarə edin. BOM resepti, avtomatik xammal çıxarışı, qablaşdırma əməliyyatları, maliyyə hesabatları və mobil tətbiq dəstəyi.

Kənd Məhsulları Satış İdarəetmə Sistemi

Kənd təsərrüfatı məhsullarının satışını rəqəmsallaşdırın. Məhsul kataloqu, müştəri bazası, sifariş izləmə, satış hesabatları və admin panel ilə fermadan bazara gedən yolu asanlaşdırın.

Otellər üçün SaaS İdarəetmə Sistemi

Otellərin bütün proseslərini idarə edən SaaS platforması. Hər otel öz paneli ilə işləyir: rezervasiya, otaq idarəsi, housekeeping, billing, Booking.com/Airbnb inteqrasiyası və AI köməkçi.

Yaşayış Kompleksləri üçün İdarəetmə Platforması

Yaşayış komplekslərinin idarəsini tam rəqəmsallaşdırın. Super admin → Kompleks admin → Komendant → Sakin ierarxiyası ilə kommunal ödənişlər, texniki problemlər, elanlar və sakin xidmətləri bir platformada.

Kuryer Şirkətləri üçün İdarəetmə Sistemi

Real-time kuryer izləmə, WhatsApp bildirişləri, OTP doğrulama və partner API inteqrasiyası ilə kuryer şirkətinizi tam rəqəmsallaşdırın. PHP API + Node.js mikroxidmət arxitekturası.

Zinət Əşyaları Satış Platforması

Canlı qızıl qiymətləri, alqı-satqı marketplace, satıcı profili və abunəlik planları ilə zinət əşyaları ticarəti üçün müasir platforma. WhatsApp inteqrasiyası, OTP giriş, admin panel.

Barkodlu POS Satış Sistemi

Barkod skan ilə sürətli POS satış, min-stok xəbərdarlığı, müştəri kredit limiti, kassa idarəsi və etiket/qəbz çapı. Admin və kassir rol sistemi ilə tam nəzarətli mağaza idarəetməsi.

Vergi İnteqrasiyalı Veb və Mobil Satış Sistemi

NBA/DGK vergi inteqrasiyası ilə çeklər dövlət sistemine göndərilir. Onlayn mağaza, barkod sistemi, alış-veriş səbəti, admin backend (satış, anbar, xərc, hesabat) — veb + mobil tətbiq.

Mobil Nömrə Mağazaları üçün İdarəetmə Sistemi

Azercell, Bakcell, Nar və digər operatorların nömrələrini satan mağazalar üçün — çox filial dəstəyi, nömrə kataloqu, satış, müştəri və hesabat idarəsi.

Lombard İdarəetmə Sistemi (SaaS)

Lombard və girov mərkəzləri üçün hazır CRM: müştəri bazası, girov idarəetməsi, müqavilə şablonu, ödənişlər, WhatsApp bildiriş, kalkulyatorlar, hesabatlar — hamısı bir platformada.

Sanatoriya Növbə və Qeydiyyat İdarəetmə Sistemi

Naftalan sanatoriyaları üçün tam rəqəmsal həll: müştəri qeydiyyatı, prosedur növbəsi, tablet self-service, WhatsApp bildiriş, kassa, otaq ekranı — hamısı bir platformada.

WhatsApp-da yazın