Süni İntellekt Həlləri

Süni intellekt işçinizi əvəz etmir — işini sürətləndirir. Sistem qaralama verir, insan təsdiqləyir.

Süni intellekt satanların çoxu texnologiyadan başlayır. Biz sizin artıq işlətdiyiniz sistemdən başlayırıq.

Anbar, POS, ERP, kadr və kuryer sistemlərini biz qurmuşuq — onların içində hər gün real məlumat yığılır. Süni intellekt xidmətlərimiz həmin sistemlərin üzərinə modul kimi oturur: köçürmə yoxdur, yeni platforma yoxdur, işçiyə ikinci proqram öyrətmək yoxdur.

Hamısına bir qayda tətbiq olunur: süni intellekt qərar vermir. O, qaralama verir — insan təsdiqləyir.

Hazır

Süni İntellekt Sənəd Emalı — qaimə və faktura avtomatik sistemə

Qaimə, faktura və çeki şəkildən oxuyub birbaşa anbar və mühasibat sisteminə yazır — əl ilə yazmaq bitir.

Hazır

Süni İntellekt Biznes Analitik — sisteminizə öz dilinizdə sual verin

Hesabat düzəltmədən sual verin: «hansı filial zərər verir?», «hansı məhsul 3 aydır tərpənmir?» — cavab dərhal.

Hazır

Süni İntellekt Kamera Auditoru — həftəlik hesabat və tövsiyə

Kamera analitikası aşkarlayır, Auditor izah edir: həftədə bir dəfə nə baş verdiyini və nə etmək lazım olduğunu yazır.

Hazır

Süni İntellekt Satış Agenti — WhatsApp-da müştəriyə ilk cavab

Müştəri yazan kimi cavab alır: qiymət, mövcudluq, çatdırılma. Çətin sual gələndə söhbəti insana ötürür.

Pilot

Süni İntellekt Zəng Analitikası — zənglər niyə satışa çevrilmir

Zəng qeydlərini mətnə çevirib təhlil edir: operator ssenarini izlədimi, müştəri nədən imtina etdi, hansı zəng itdi.

Pilot

Şirkətdaxili Süni İntellekt — məlumatınız ofisdən çıxmadan

Bank, klinika və həssas məlumatla işləyən şirkətlər üçün: süni intellekt öz serverinizdə işləyir, məlumat kənara getmir.

Artıq quraşdırılmış avadanlığın üzərində proqram təminatı

Avadanlıq tərəfdaşımız təhlükəsizlik kameraları, turniketlər, access control, ALPR parkinq sistemləri, elektron növbə terminalları və şəbəkə infrastrukturu quraşdırır — sənaye zonalarından ictimai obyektlərə qədər.

Həmin avadanlığın proqram təminatını biz yazırıq. Yəni süni intellekt sıfırdan başlamır: obyektinizdə artıq quraşdırılmış və işləyən cihazların üzərində qurulur — yeni kamera almağa, yeni turniket qoymağa ehtiyac olmur.

Təhlükəsizlik kameraları ALPR / parkinq Turniketlər Access control Elektron növbə Şəbəkə infrastrukturu

Necə işləyirik

  1. 1

    Audit

    Hansı prosesin bu gün nə qədər vaxt apardığını birlikdə ölçürük.

  2. 2

    Pilot

    Bir bölmədə, sizin real məlumatınızla, məhdud həcmdə sınaq.

  3. 3

    Ölçmə

    Pilotdan əvvəlki və sonrakı rəqəmləri müqayisə edirik.

  4. 4

    Tam tətbiq

    Yalnız nəticə göründükdən sonra bütün şirkətə yayılır.

  5. 5

    Müşayiət

    İş prosesiniz dəyişdikcə model və qaydalar yenilənir.

Hansının sizə uyğun olduğunu bilmirsiniz?

Ən çox vaxt aparan prosesinizi deyin. Süni intellekt ona uyğun deyilsə, bunu da açıq deyəcəyik.

Əlaqə
WhatsApp-da yazın