Mobil Tətbiq Hazırlamaq İstəyirsiniz? Haradan Başlamalı?

Hər gün onlarca sahibkar "Mənim tətbiq ideyam var, haradan başlamalıyam?" sualı ilə bizimlə əlaqə saxlayır. Bu məqalədə mobil tətbiq hazırlamağın əsas mərhələlərini izah edəcəyik.

Mərhələ 1: İdeyani Sənədləşdir

Tətbiqin nə edəcəyini, hədəf auditoriyasını, əsas funksiyalarını kağıza yazın. Bu addım çox vaxt atlanır, lakin ən vacibidir. Sənədli ideya görüşlər zamanı daha aydın müzakirə olunur.

Mərhələ 2: Bazar Analizi

Oxşar tətbiqlər var mı? Varsa, onların çatışmazlıqları nədir? App Store və Google Play-də rəqiblərin rəylərini oxuyun. Müştərilərin nədən şikayət etdiyini öyrənin — bu sizin üstünlüyünüz ola bilər.

Mərhələ 3: MVP (Minimum Viable Product)

İlk versiyada bütün funksiyaları salmayın. Yalnız əsas, mühüm funksiyaları olan MVP hazırlayın. Bu həm vaxta, həm də pula qənaət edir. Real istifadəçi rəylərindən sonra tətbiqi inkişaf etdirin.

Mərhələ 4: Platforma Seçimi

  • iOS (Apple): Azərbaycanda premium auditoriya, daha yüksək alıcı gücü
  • Android: Daha geniş istifadəçi bazası, Azərbaycanda 70%+ bazar payı
  • Cross-platform: Hər ikisi üçün, daha sürətli və ucuz inkişaf

Mərhələ 5: Düzgün Komanda Seçin

Mobil tətbiq hazırlamaq mürəkkəb prosesdir. Təcrübəli komanda, əvvəllər hazırladığı tətbiqləri göstərə bilən portfeli olan şirkəti seçin. Ən ucuz seçim çox vaxt ən bahalısına çevrilir.

Creative Group ilə Başlayın

Bizimlə pulsuz məsləhət görüşü keçirin. İdeyanzı dinləyib texniki, hüquqi və marketinq baxımından sizə rəy verəcəyik. Daha sonra real büdcə və cədvəl təqdim edəcəyik.

WhatsApp-da yazın