Anbarda ən bahalı itki gec görünən itkidir. Çatışmayan palet inventarizasiyada üzə çıxır — həftələr sonra, kimin nə vaxt səhv etdiyini tapmaq artıq mümkün olmayanda. Anbar üçün kamera analitikası bu fərqi boşaltma anında göstərir: yük qəbulunu sayır, sənədlə tutuşdurur və uyğunsuzluqda dərhal xəbər verir.
Sistem mövcud IP kameralarınızın üzərində qurulur. Obyektdəki bir cihaz görüntünü canlı oxuyur — kadr buluda getmir, binadan çıxmır.
Anbarda nə ölçülür
Yük qəbulu sayımı
Maşından boşaldılan qutu və ya palet avtomatik sayılır, sonra sənəddəki rəqəmlə tutuşdurulur. Fərq varsa siqnal elə boşaltma anında gəlir.
çatışmazlıq inventarizasiyanı gözləmir — qapıda görünürDoldurma səviyyəsi
Hansı zona doludur, hansı boşdur — anbar sahəsindən real istifadə görünür. Rəflərin doluluq faizi gün ərzində izlənilir.
əlavə anbar kirayəsi qərarı təxminə yox, rəqəmə söykənirForklift təhlükəsizliyi
Piyada ilə texnikanın təhlükəli yaxınlaşması anında siqnal verilir. Təkrarlanan nöqtələr toplanır — hansı döngə problemlidir, görünür.
xəsarət riski və onunla gələn dayanma azalırYükləmə vaxtı
Bir maşının yüklənməsi nə qədər çəkir, hansı növbə gecikdirir, hansı dok qapısı daha yavaşdır — hamısı ölçülür.
gecikmənin səbəbi fərziyyə yox, ölçü ilə tapılırAçıq qalan dok qapısı
Yükləmə qapısı təyin olunmuş müddətdən çox açıq qalarsa xəbərdarlıq göndərilir.
soyuq itkisi və oğurluq riski azalırKimin üçün
Distribusiya anbarları, yük terminalları, topdan satış bazaları və çoxfilialı ticarət şirkətlərinin mərkəzi anbarları. Xüsusilə gündə bir neçə maşın qəbul edən və palet sayı əl ilə yoxlanılan obyektlərdə fərq ilk həftədən görünür.
Soyuducu anbarda
Soyuducu anbarlarda açıq qalan qapı birbaşa pula çevrilir. Dok qapısı nəzarəti və zona doluluğu birlikdə işlədilir — həm enerji itkisi, həm də məhsul riski azalır. Meyvə anbarı və soyuducu üçün ayrıca ssenari toplusu da mövcuddur.
Necə qurulur
Kameralar yoxlanılır
Mövcud IP kameralarınız uyğundursa yeni avadanlıq alınmır. Yoxlamaq üçün marka və modeli bilmək kifayətdir.
Obyektdə bir cihaz quraşdırılır
Görüntü emalı elə orada aparılır — buluda göndərilmir, binadan çıxmır.
Sınaq həftəsi
Sistem bir həftə işləyir, siz nəticəyə baxırsınız. Uyğun deyilsə davam etmirsiniz.
Hesabat və bildiriş
Gündəlik hesabat, təcili hallarda isə telefona ani bildiriş gəlir.
Sizdən nə lazımdır
IP kameralar
Mövcud kameralar əksər halda uyğundur. Marka və modeli bilmək kifayətdir.
çox vaxt yeni alışa ehtiyac olmurBir kompüter və ya cihaz
Obyektdə daim işləyən bir Windows kompüteri. Yoxdursa hazır cihaz təklif edirik.
server otağı tələb olunmurŞəbəkə girişi
Kameralarla eyni şəbəkə. İnternet yalnız ayda bir dəfə lazımdır.
internetsiz də işləyirBir saatlıq baxış
Obyektə gəlirik, kamera bucaqlarını və hansı tapşırığın uyğun olduğunu birlikdə müəyyən edirik.
pulsuzTez-tez verilən suallar
Palet sayımı nə qədər dəqiqdir?
Kamera bucağı düzgün qurulanda sayım dəqiqliyi yüksəkdir. İlk həftə sistem məhz sizin obyektə köklənir — palet növü, işıq, hərəkət sürəti nəzərə alınır.
Anbarımız qaranlıqdır, işləyərmi?
Kameranın gecə rejimi varsa adətən problem deyil. Baxış zamanı hansı zonanın işıqlandırma tələb etdiyini birlikdə müəyyən edirik.
İşçilər izlənəcəkmi?
Sistem şəxs tanımır. Forklift təhlükəsizliyində belə ölçülən şey məsafədir, konkret adam deyil. Bu funksiyalarda işçilərin məlumatlandırılması tələb olunur.
Mövcud anbar proqramımızla birləşirmi?
Hesabatlar fayl və ya API vasitəsilə ötürülə bilər. Anbar və satış idarəetmə sistemimiz varsa inteqrasiya daha sıx olur.
Bir həftəlik sınaqdan başlayaq
Bir kamera, bir tapşırıq, bir həftə. Nəticəni görürsünüz, sonra qərar verirsiniz. Sınaq üçün öhdəlik və ödəniş yoxdur.
Sınaq üçün müraciət edinvə ya birbaşa zəng edin — +994 55 710 58 37