Azərbaycanda müştəri sizə zəng etmir və e-poçt yazmır — WhatsApp-dan yazır. Problem odur ki, mesajların böyük hissəsi eyni beş sualdır: qiymət nədir, ünvan haradır, saat neçəyə qədər işləyirsiniz, sifarişim harada, çatdırılma nə qədərdir. Bu sualları adam cavablandırırsa, həm gecikir, həm bahaya başa gəlir.
Nə qururuq
- Avtomatik cavab — tez-tez verilən suallara ani, düzgün cavab
- Menyu axını — rəqəmlə seçim: "1 — qiymətlər, 2 — sifariş, 3 — operator"
- Sifariş qəbulu — məhsul seçimi, ünvan, ödəniş üsulu — hamısı söhbətin içində
- Sifariş izləmə — müştəri kod yazır, statusu alır
- Bildiriş göndərişi — sifariş qəbul edildi, kuryer yolda, ödəniş alındı
- Operatora ötürmə — bot çətinə düşəndə söhbət canlı operatora keçir, tarixçə ilə birlikdə
- CRM inteqrasiyası — hər söhbət müştəri kartına yazılır, itmir
- İş saatı məntiqi — iş saatından sonra fərqli cavab və geri zəng növbəsi
Süni intellektlə gücləndirilmiş cavablar
Sabit menyu hər suala uyğun gəlmir. Buna görə botu öz məlumat bazanızla — xidmət siyahısı, qiymət prinsipləri, tez-tez verilən suallar — birləşdiririk: sual siyahıda yoxdursa, sistem sizin materialınıza əsaslanaraq cavab qaralayır. Qiymət və müddət kimi həssas məlumatları isə uydurmaması üçün ayrıca məhdudlaşdırırıq.
Necə işləyirik
- Mesaj arxivinin təhlili. Son ayların yazışmalarına baxırıq və ən çox təkrarlanan sualları çıxarırıq.
- Axın xəritəsi. Bot hansı suala nə cavab verəcək, harada operatora ötürəcək.
- Qurulma və test. Öz nömrənizdə test rejimi.
- Canlıya keçid. Əvvəlcə iş saatından sonra, sonra tam gün.
- Təkmilləşdirmə. Botun cavab verə bilmədiyi suallar toplanır və hər ay siyahıya əlavə olunur.
Digər kanallar
Eyni məntiqi Telegram üçün də qururuq — Telegram bot həlli. Bildiriş və ardıcıl mesaj kampaniyaları üçün isə marketinq avtomatikası yanaşmasına baxın.
Nə üçün lazım olduğunu daha geniş oxumaq istəsəniz: WhatsApp chatbot — biznesiniz üçün avtomatik müştəri xidməti.