Mobile App

Wir entwickeln mobile Apps für iOS und Android

Mobil tətbiq hər biznesə lazım deyil — amma lazım olanda saytın əvəz edə bilmədiyi işi görür: bildiriş göndərir, oflayn işləyir, kameradan və GPS-dən istifadə edir, istifadəçini hər gün geri qaytarır.

Creative Group Flutter ilə işləyir: bir kod bazasından həm iOS, həm Android versiyası çıxır. Bu, iki ayrı komanda saxlamaqla müqayisədə həm vaxtı, həm büdcəni ciddi şəkildə azaldır və hər iki platformada eyni gün yayım deməkdir.

Hansı tətbiqləri hazırlamışıq

  • Kuryer və çatdırılma — sifariş qəbulu, marşrut, balans dəftəri, çek şəkli və imza
  • Müştəri tətbiqi — kataloq, səbət, sifariş izləmə, ödəniş
  • Daxili işçi tətbiqi — davamiyyət, tapşırıq, hesabat
  • Təhsil tətbiqi — dərs, video, test, valideyn paneli
  • Qeydiyyat və növbə — elektron növbə, rezervasiya, bildiriş

Nə daxildir

  • iOS və Android versiyaları — vahid dizayn, hər platformanın öz davranış qaydaları nəzərə alınmaqla
  • Backend API — tətbiq boş qabıq deyil, arxasında server məntiqi qurulur
  • Push bildiriş — Firebase üzərindən, seqment üzrə göndəriş
  • Oflayn rejim — internet kəsiləndə məlumat itmir, qoşulanda sinxronlaşır
  • App Store və Google Play-də yayım — hesab açılışından mağaza yoxlamasına qədər biz aparırıq
  • Analitika — hansı ekranda nə qədər qalır, harada tərk edir
  • Yeniləmə mexanizmi — istifadəçiyə tətbiq daxilində "yenilə" bildirişi

Necə işləyirik

  1. Funksiya siyahısı. Birinci versiyaya nə daxil olacağını dəqiqləşdiririk. Hər şeyi birdən yığmaq ən bahalı səhvdir.
  2. Ekran axını. İstifadəçinin hansı ekrandan hansına keçdiyi çəkilir və razılaşdırılır.
  3. Dizayn. Figma-da əsas ekranlar, sonra komponent kitabxanası.
  4. İnkişaf. İki həftəlik dövrələr, hər dövrənin sonunda telefonunuza quraşdırıla bilən test versiyası.
  5. Test. Real cihazlarda, zəif internet və köhnə telefon şəraiti daxil olmaqla.
  6. Mağazaya yayım. Apple və Google yoxlaması, imtina olarsa düzəliş və təkrar göndəriş.

Flutter niyə

Native inkişafda iOS üçün Swift, Android üçün Kotlin komandası lazımdır — iki kod bazası, iki büdcə, iki fərqli yayım tarixi. Flutter tək kod bazası ilə hər ikisini verir və performansı əksər biznes tətbiqi üçün kifayətdir. Ətraflı müqayisəni Flutter ilə cross-platform inkişaf yazımızda yazmışıq.

Bəzi hallarda tətbiq ümumiyyətlə lazım olmur — PWA (proqressiv veb tətbiqi) daha ucuz və sürətli həll ola bilər. Bunu ilk görüşdə dürüst deyirik.

Mağazada tapılmaq

Tətbiq yayımlandıqdan sonra onu tapmaq ayrı işdir. Ad, açar sözlər, ekran şəkilləri və təsvir mağaza axtarışında sıralamaya təsir edir. Bu mövzunu ASO — App Store Optimization yazımızda açmışıq.

Haradan başlamalı

Əgər ideya var, amma texniki tərəfi aydın deyilsə, mobil tətbiq hazırlamaq — haradan başlamalı yazımız sizin üçündür. Sonrasında bir saatlıq pulsuz görüşdə funksiya siyahısını birlikdə yazırıq.

Möchten Sie eine Beratung zu dieser Dienstleistung?

Kontaktieren Sie uns
WhatsApp Chat