UI/UX-Design

Benutzerfreundliches und modernes Interface-Design

Dizaynın işi bəzəmək deyil — istifadəçinin işini asanlaşdırmaqdır. Eyni məhsul, eyni qiymət və eyni trafiklə iki fərqli interfeys tamamilə fərqli satış rəqəmi verir. Fərq düymənin rəngində deyil, addımların sayında, mətnin aydınlığında və istifadəçinin növbəti hərəkəti tapa bilməsindədir.

Nə daxildir

  • İstifadəçi axını (user flow) — insan saytа/tətbiqə girəndən məqsədə çatana qədər keçdiyi yol çəkilir və artıq addımlar kəsilir
  • Wireframe — rəngsiz struktur: nə harada olacaq, nə vacibdir
  • Vizual dizayn — brend rəngləri, tipoqrafiya, ikonlar, boşluq sistemi
  • Komponent kitabxanası — düymə, forma, kart, modal: hamısı bir sistemdə, sonradan genişləndirilə bilən
  • İnteraktiv prototip — Figma-da kliklənə bilən nümunə, kod yazılmadan test etmək üçün
  • Mobil versiya — ayrıca düşünülür, sadəcə kiçildilmir
  • Əlçatanlıq — kontrast, şrift ölçüsü, toxunma sahəsi, klaviatura ilə naviqasiya
  • Developer təhvili — ölçülər, rənglər və davranışlar sənədləşdirilir

Necə işləyirik

  1. Araşdırma. Kim istifadə edəcək, hansı problemi həll edir, hazırda harada ilişir.
  2. Struktur. Səhifə/ekran xəritəsi və prioritetlər.
  3. Wireframe. Rəngsiz maketlər — mübahisə burada, ucuz mərhələdə həll olunur.
  4. Vizual. İki-üç istiqamət təqdim edilir, biri seçilir və genişləndirilir.
  5. Prototip və test. Real adamlara verilir, harada çətinlik çəkdikləri qeyd olunur.
  6. Təhvil. Komponentlər, sənədləşmə və developer üçün spesifikasiya.

Redizayn: nə vaxt lazımdır

"Saytımız köhnə görünür" tək başına redizayn üçün əsas deyil. Real siqnallar bunlardır:

  • Trafik var, amma müraciət yoxdur
  • İstifadəçilər eyni yerdə tərk edir (səbət, forma, qeydiyyat)
  • Mobil trafik yüksəkdir, mobil konversiya aşağı
  • Dəstək komandası eyni sualı təkrar-təkrar alır — bu, interfeysin izah edə bilmədiyi deməkdir

Fərziyyə yox, ölçü

Dizayn qərarlarını zövqlə yox, məlumatla veririk. Ziyarətçinin harada dayandığını və nəyə kliklədiyini görmək üçün heatmap analitikası qururuq; iki variant arasında seçim lazım olanda A/B test aparırıq. Ümumi yanaşma isə konversiya optimizasiyası (CRO) yazımızda təsvir olunub.

Konkret prinsiplər üçün: konversiyanı artıran 6 UI/UX prinsipi. Tək məhsul və ya kampaniya səhifəsi hazırlayırsınızsa, landing page bələdçisi də faydalıdır.

Yalnız dizayn, yoxsa kodla birlikdə

Hər iki formatda işləyirik. Öz developer komandanız varsa, Figma faylını tam sənədləşmə ilə təhvil veririk. Yoxdursa, dizaynı özümüz kodlaşdırırıq — veb sayt və ya mobil tətbiq olaraq.

Möchten Sie eine Beratung zu dieser Dienstleistung?

Kontaktieren Sie uns
WhatsApp Chat