Zahlungsintegration

Integration von Online-Zahlungssystemen

Onlayn ödəniş satış zəncirinin ən həssas nöqtəsidir. Müştəri məhsulu seçir, ünvanı yazır, kart məlumatını daxil edir — və elə bu anda bir xəta çıxsa, sifariş itir. Buna görə ödəniş inteqrasiyasında əsas məsələ "işləməsi" deyil, hər halda düzgün davranmasıdır: uğursuz ödəniş, yarımçıq qalan sessiya, ikiqat basılan düymə, geri qaytarma.

Nə daxildir

  • Kart ödənişi — Visa, Mastercard; 3D Secure təsdiqi ilə
  • Ödəniş statusunun düzgün izlənməsi — callback və yoxlama sorğusu, ikiqat yazılmanın qarşısının alınması
  • Kart tokeni — müştəri kartı bir dəfə daxil edir, sonrakı ödənişlər bir kliklə
  • Təkrarlanan ödəniş — abunə və aylıq xidmətlər üçün
  • Apple Pay və Google Pay — mobil tətbiq və saytda
  • Geri qaytarma — admin paneldən tam və ya qismən qaytarma
  • Çek və qəbz — müştəriyə avtomatik göndəriş
  • Uzlaşdırma hesabatı — bankdan gələn məbləğlə sistemdəki sifarişlərin tutuşdurulması

Hansı ssenarilər

  • E-ticarət səbəti — birdəfəlik ödəniş
  • Xidmət haqqı — sifariş üçün komissiya və ya çatdırılma haqqı
  • Abunə — aylıq/illik avtomatik silinmə
  • Hissə-hissə ödəniş — bank kampaniyaları ilə
  • Mobil tətbiq daxilində ödəniş — token və ya widget üzərindən

Necə işləyirik

  1. Provayder seçimi. Həcminizə, komissiyaya və tələb olunan funksiyalara görə uyğun şlüz seçilir.
  2. Test mühiti. Bütün axın test kartları ilə yoxlanılır: uğurlu, uğursuz, ləğv, geri qaytarma.
  3. Kənar hallar. İnternetin kəsilməsi, brauzerin bağlanması, ikiqat klik — hər biri ayrıca yoxlanılır.
  4. Canlıya keçid. Real kartla kiçik məbləğli test, sonra tam işə salma.
  5. Monitorinq. Uğursuz ödəniş faizi izlənir; kəskin artım olarsa siqnal gedir.

Təhlükəsizlik

Kart məlumatı heç vaxt sizin serverinizdə saxlanılmır — ödəniş provayderinin səhifəsində və ya təsdiqlənmiş widget-də daxil edilir. Sistemə yalnız token qayıdır. Bu, həm qanunvericilik, həm də praktik təhlükəsizlik baxımından doğru yanaşmadır. Ümumi təhlükəsizlik mövzusu: kibertəhlükəsizlik bələdçisi.

Texniki detallar

Epoint inteqrasiyasının addımlarını, imza yoxlamasını və callback məntiqini ayrıca yazıda təsvir etmişik. Başqa sistemlərlə əlaqə üçün ümumi yanaşma: API inteqrasiyası.

Ödənişi onlayn mağaza və ya mobil tətbiq layihəsinin bir hissəsi kimi də qururuq.

Möchten Sie eine Beratung zu dieser Dienstleistung?

Kontaktieren Sie uns
WhatsApp Chat