Veb sayt vizit kartı deyil — işləyən satış alətidir. Ziyarətçi saytınıza girəndən sonra ilk beş saniyədə nə etdiyi, hansı düyməyə basdığı və harada tərk etdiyi birbaşa gəlirinizə təsir edir. Creative Group Bakıda beş ildən artıqdır ki, məhz bu məntiqlə sayt qurur: dizayn gözəl olsun, amma ondan əvvəl işləsin.
Portfelimizdə çatdırılma platforması, əmlak hərracı, tibbi reyestr, təkər kataloqu və onlarla korporativ sayt var. Hamısı bu gün canlı işləyir — sifarişçisi var, gündəlik yüklənməsi var.
Hansı sayt növlərini hazırlayırıq
- Korporativ sayt — şirkət, xidmətlər, portfel, bloq və əlaqə bölmələri. Admin paneldən hər şey redaktə olunur.
- Landing page — bir məhsul və ya kampaniya üçün, tək məqsədə köklənmiş açılış səhifəsi.
- E-ticarət saytı — kataloq, səbət, onlayn ödəniş, anbar və sifariş idarəetməsi.
- Portal və daxili sistem — sənəd dövriyyəsi, istifadəçi rolları, hesabatlar.
- Kataloq və platforma — çoxsatıcılı marketplace, elan platforması, rezervasiya sistemi.
Nə daxildir
- Fərdi dizayn — hazır şablon alınıb rənglənmir, brendinizə uyğun sıfırdan qurulur
- Mobil uyğunluq — trafikin böyük hissəsi telefondan gəlir, dizayn əvvəlcə telefon üçün yoxlanılır
- Admin panel — mətn, şəkil, xəbər, məhsul: hamısı proqramçısız dəyişdirilir
- Çoxdillilik — Azərbaycan, ingilis, rus və ya alman dilləri, düzgün
hreflangquruluşu ilə - Texniki SEO bünövrəsi — başlıq strukturu, meta teqlər,
sitemap.xml,robots.txt, struktur məlumat - Sürət optimizasiyası — şəkil sıxılması, keş, Core Web Vitals göstəriciləri
- SSL sertifikatı və təhlükəsizlik başlıqları
- Google Analytics və Search Console qoşulması
Necə işləyirik
- Kəşf görüşü. Biznesinizi, müştərinizi və rəqiblərinizi dinləyirik. Saytın hansı bir işi görməli olduğunu yazıya alırıq.
- Struktur və prototip. Səhifə xəritəsi və wireframe hazırlanır — dizayna keçməzdən əvvəl məzmun məntiqi razılaşdırılır.
- Dizayn. Figma-da iki-üç ekran hazırlanır, təsdiqdən sonra qalan səhifələr çıxarılır.
- Kodlaşma. Frontend və backend paralel qurulur, hər həftə işləyən versiya göstərilir.
- Test və yayım. Brauzer, telefon, sürət və forma testləri. Sonra domenə köçürmə.
- Dəstək. Yayımdan sonra bir ay ərzində düzəlişlər pulsuzdur.
Hansı texnologiyalarla
Layihənin ölçüsünə görə seçirik. Kiçik və orta korporativ saytlar üçün PHP və MySQL üzərində öz çərçivəmiz — sürətlidir, hostinq tələbi azdır, admin panel tam bizim nəzarətimizdədir. Böyük platformalar üçün Laravel, frontend tərəfdə isə lazım olduqda Vue və ya React. Məzmun idarəetməsində headless CMS yanaşması da mümkündür.
WordPress-i də quraşdırırıq, amma hər layihəyə uyğun saymırıq — fərqi WordPress və xüsusi sayt müqayisəsində ətraflı yazmışıq.
Qiymətə nə təsir edir
Sayt qiyməti tək bir rəqəm deyil — aşağıdakılardan asılıdır:
- Səhifə sayı və məzmunun hazır olub-olmaması
- Dizaynın fərdilik dərəcəsi (hazır strukturdan istifadə, yoxsa tam sıfırdan)
- Dil sayı — hər əlavə dil həm tərcümə, həm texniki iş deməkdir
- Funksionallıq — sadə əlaqə forması ilə onlayn ödənişli sifariş sistemi arasında böyük fərq var
- İnteqrasiyalar — 1C, anbar sistemi, ödəniş şlüzü, CRM
- Məzmun və şəkil hazırlanması bizim tərəfimizdən olacaqmı
Bu amillərin necə işlədiyini veb sayt hazırlanması qiyməti yazımızda addım-addım açmışıq. Dəqiq rəqəm üçün bir görüş kifayətdir — pulsuzdur və bir saat çəkir.
Yayımdan sonra nə olur
Sayt açılmaqla iş bitmir. Sürət göstəriciləri zamanla düşür, məzmun köhnəlir, Google alqoritmi dəyişir. Buna görə bir çox müştərimizlə aylıq dəstək razılaşması bağlayırıq: yeniləmə, ehtiyat nüsxə, təhlükəsizlik yamaqları və kiçik düzəlişlər. Sürətin niyə vacib olduğunu Core Web Vitals yazımızda izah etmişik.
Saytınızın axtarışdan trafik gətirməsini istəyirsinizsə, SEO xidmətimizə baxın; interfeysin konversiyaya təsiri üçün isə UI/UX dizayn bölməsi var.