Fermada ən bahalı gecə doğuş gecəsidir. Prosess saat üçdə başlayır, kimsə yanında olmur, səhər gələndə isə vəziyyət artıq həll olunub — bəzən yaxşı, bəzən yox. Fərq baxımın keyfiyyətində deyil, məlumatın vaxtındadır.
Niyə gecə növbəsi həll deyil
Doğuş dövründə gecə növbəsi qoymaq standart həlldir, amma iki problemi var: baha başa gəlir və insan diqqəti bütün gecə eyni səviyyədə qalmır. Böyük təsərrüfatda növbətçi bir tövlədədirsə, digərində baş verəni görmür.
Kamera nəyi görür
Sistem heyvanın davranışındakı dəyişikliyi izləyir — narahat hərəkət, təkrarlanan uzanıb-qalxma, sürüdən ayrılma. Doğuşa xas davranış modeli görünəndə telefona bildiriş göndərilir. Gecə saat üçdə də.
Qalxa bilməyən heyvan
Heyvan uzun müddət yatıq qalıb tərpənmirsə ayrıca siqnal verilir. Bu, doğuş fəsadı, zədə və ya xəstəlik əlaməti ola bilər — hər üç halda vaxt həlledicidir.
Yem yerində davranış
Hansı heyvan yemə gəlmir və ya az vaxt keçirir. Bu, əksər xəstəliklərin ilk görünən əlamətidir — klinik simptomdan günlər əvvəl.
Nə lazımdır
Tövləyə baxan bir kamera və gecə görüntüsü. İnfraqırmızı rejim olmalıdır — doğuş funksiyası məhz gecə işləyir. Emal obyektdə aparılır, internet kəsilsə sistem dayanmır.
Bir tövlə, bir kamera, bir həftə — doğuş mövsümündən əvvəl sınayın.
Ferma həllinə baxınBütün sektorlar: kamera analitikası kataloqu.