Kamera-Analytik für Banken, Apotheken und Büros

Növbə və gözləmə ölçüsü, sahibsiz əşya, iş saatından kənar hərəkət, giriş axını.

Bank filialında və aptekdə xidmət keyfiyyəti bir rəqəmlə ölçülür: orta gözləmə müddəti. Amma əksər filiallarda bu rəqəm yoxdur — yalnız müştəri şikayəti var, o da gec gəlir və hansı saatda, hansı gişedə problem olduğunu göstərmir.

Sistem növbəni fasiləsiz ölçür və pik saatları göstərir. Eyni kameralar paralel olaraq təhlükəsizlik tapşırıqlarını da yerinə yetirir.

Nə ölçülür

Növbə və gözləmə

Filialda neçə müştəri gözləyir, orta gözləmə nə qədərdir.

xidmət keyfiyyəti rəqəmlə ölçülür

Sahibsiz əşya

Zalda uzun müddət sahibsiz qalan çanta və ya qutu aşkarlanır.

təhlükəsizlik proseduru işə düşür

İş saatından kənar hərəkət

Ofis bağlı olanda binada hər hansı insan hərəkəti bildiriş yaradır.

gecə mühafizəsi gücləndirilir

Giriş axını

Girişdən keçən adam sayı, pik saatlar, gündəlik axın hesabatı.

resepsiyon və növbə planlaması
Gözləmə müddəti niyə şikayətdən yaxşıdır?
Şikayət yalnız ən narazı müştəridən gəlir və gec gəlir. Gözləmə ölçüsü isə hər gün, hər saat üçün mövcuddur — problem şikayətə çevrilməmiş görünür və kadr cədvəli ona görə qurulur.

Kimin üçün

Bank filialları, aptek şəbəkələri, biznes mərkəzləri, sığorta və xidmət ofisləri. Çoxfilialı şəbəkələrdə dəyər daha yüksəkdir — filiallar eyni göstərici ilə müqayisə olunur.

Necə qurulur

Mövcud IP kameralarınız yoxlanılır, obyektə bir cihaz qoyulur, bir həftə sınaq işləyir, sonra gündəlik hesabat və ani bildiriş başlayır. Emal elə obyektdə gedir — görüntü binadan çıxmır, internet kəsilsə sistem dayanmır. Quraşdırma və tələblər haqqında ətraflı →

Tez-tez verilən suallar

Müştərilərin şəxsiyyəti müəyyən edilirmi?

Xeyr. Sistem üz tanımır, şəxsiyyət müəyyən etmir. Ölçülən şey növbədə neçə nəfərin olduğu və nə qədər gözlədiyidir.

Bank təhlükəsizlik tələblərinə uyğundurmu?

Emal obyektdə aparılır və görüntü binadan çıxmır — bu, bank mühitində adətən əsas tələbdir. Konkret daxili qaydalarınızı baxış zamanı nəzərdən keçiririk.

Mövcud növbə sistemi ilə birləşirmi?

Bəli. Elektron növbə sisteminiz varsa məlumatlar tutuşdurula bilər — bizim Elektron Növbə Sistemimiz ilə inteqrasiya hazır gəlir.

← Bütün sektorlara baxın

Bir həftəlik sınaqdan başlayaq

Bir kamera, bir tapşırıq, bir həftə. Nəticəni görürsünüz, sonra qərar verirsiniz. Sınaq üçün öhdəlik və ödəniş yoxdur.

Sınaq üçün müraciət edin

və ya birbaşa zəng edin — +994 55 710 58 37

WhatsApp Chat