Firmen-E-Mail

Professionelle E-Mail-Lösungen für Ihr Unternehmen

Kommersiya təklifini gmail.com ünvanından göndərmək ilk təəssüratı zəiflədir. Amma korporativ poçtun əsl məsələsi görünüş deyil — çatdırılmadır. Düzgün qurulmamış poçt sistemi məktubları qarşı tərəfin spam qovluğuna salır və siz bunu heç vaxt bilmirsiniz: cavab gəlmir, siz də "maraqlanmadılar" deyə düşünürsünüz.

Nə daxildir

  • Domen üzərində poçt qutuları — ad@sirket.az formatında, istənilən sayda
  • Veb-poçt — brauzerdən giriş, şirkət brendi ilə
  • Telefon və Outlook qoşulması — IMAP/SMTP parametrləri hazır verilir
  • SPF, DKIM və DMARC — məktubun sizdən getdiyini sübut edən üç DNS qeydi
  • Spam süzgəci — həm gələn, həm gedən tərəfdə
  • Qrup ünvanları — info@, satis@, destek@ — bir neçə nəfərə paylanan
  • Avtomatik cavab və imza — şirkət standartı ilə
  • Yönləndirmə və arxiv — işçi işdən çıxanda məktubların itməməsi

Niyə SPF, DKIM və DMARC vacibdir

Bu üç qeyd olmadan istənilən adam sizin ünvanınızdan məktub göndərə bilər — və sizin real məktublarınız da şübhəli sayılır. Gmail və Outlook son illərdə bu tələbləri sərtləşdirib: qeydlər düzgün deyilsə, məktub ya spam qovluğuna düşür, ya ümumiyyətlə qəbul edilmir. Biz hər üçünü quraşdırır və göndəriş testi ilə yoxlayırıq.

Necə qurulur

  1. Domen və mövcud poçt vəziyyətinin yoxlanması
  2. MX və digər DNS qeydlərinin qurulması
  3. Qutuların yaradılması və parolların təhvili
  4. SPF, DKIM, DMARC əlavəsi və göndəriş testi
  5. Köhnə poçtdan məktubların köçürülməsi
  6. Cihazların qoşulması və komandaya təlimat

Təhlükəsizlik

Poçt ən çox hədəflənən nöqtədir: saxta faktura, rəhbər adından sorğu, parol oğurluğu. Güclü parol qaydası, ikimərhələli giriş və işçilərin sadə maarifləndirilməsi hücumların böyük hissəsini bağlayır. Ətraflı: kibertəhlükəsizlik bələdçisi.

Müştərilərə toplu göndəriş planlaşdırırsınızsa, bunu adi poçt qutusundan etmək tövsiyə olunmur — ayrıca sistem lazımdır. Yanaşmanı email marketinq yazımızda açmışıq.

Poçt xidməti hostinq və domen paketinin bir hissəsi kimi də verilir.

Möchten Sie eine Beratung zu dieser Dienstleistung?

Kontaktieren Sie uns
WhatsApp Chat