Çevirmə Faizi Nədir və Mağazada Necə Ölçülür?

Çevirmə Faizi Nədir və Mağazada Necə Ölçülür?

Mağazaya gün ərzində 100 nəfər girir. Kassa proqramı deyir ki, 23 çek kəsilib. Deməli 77 nəfər heç nə almadan çıxıb. Bu 77 nəfər mağazanın ən dəyərli məlumat mənbəyidir — çünki onlar artıq gəliblər, reklam pulu artıq xərclənib.

Girən adam sayının çek sayına nisbətinə çevirmə faizi deyilir. Bu yazıda onun nə üçün ən vacib pərakəndə göstəricisi olduğunu və mövcud kameralarla necə ölçüldüyünü izah edirik.

Çevirmə faizi nə deyir

Satış aşağı düşəndə iki fərqli səbəb ola bilər və onların həlli tamamilə fərqlidir:

  • Adam gəlmir — problem marketinqdədir: vitrin, reklam, yer, tanınma
  • Adam gəlir, amma almır — problem mağazanın içindədir: qiymət, çeşid, növbə, xidmət, rəf düzülüşü

Yalnız kassa məlumatına baxanda bu ikisini ayırmaq mümkün deyil — hər iki halda satış aşağı görünür. Çevirmə faizi isə fərqi dərhal göstərir və büdcənin hara xərclənməli olduğunu müəyyən edir.

Bir nümunə.
Reklam kampaniyasından sonra giriş sayı 100-dən 150-yə qalxır, amma çek sayı 23-dən 26-ya. Çevirmə faizi 23%-dən 17%-ə düşüb. Reklam işləyib — adam gətirib. Problem mağazanın içindədir: yəqin ki növbə uzanıb və ya işçi sayı artmayıb. Bu nəticəni yalnız iki rəqəmi birlikdə görəndə çıxarmaq olar.

Giriş sayı necə ölçülür

Girişə baxan kamera keçən adamları sayır. Sistem insanı obyekt kimi görür — üz tanımır, şəxsiyyət müəyyən etmir, şəkil saxlamır. Ölçülən şey yalnız keçid sayı, istiqamət və vaxtdır.

İşçilərin giriş-çıxışı statistikanı təhrif etməsin deyə zona və saat qaydaları qurulur. Çevirmə faizini hesablamaq üçün çek sayı lazımdır — bu, kassa proqramından fayl və ya API ilə alınır.

Zalda ölçülən digər göstəricilər

İstilik xəritəsi

Hansı rəfin qarşısında müştəri dayanır, hansı küncə heç kim getmir. Rəf düzülüşü və kampaniya yeri təxminlə deyil, hərəkət datası ilə qurulur.

Boş rəf xəbərdarlığı

Rəf boşalanda işçiyə bildiriş gedir. Müştəri boş rəfi görməmiş doldurulur — itirilmiş satışın qarşısı alınır.

Kassa növbəsi

Növbə beş nəfəri keçəndə növbətçiyə bildiriş gedir. Uzun növbə çevirmə faizini birbaşa aşağı salır — səbət qoyub gedən müştəri məhz orada itir.

Nədən başlamaq

Bütün funksiyaları eyni anda açmağa ehtiyac yoxdur. Adətən bir giriş kamerası və yalnız müştəri sayımı ilə başlanır. Bir həftədən sonra rəqəmlər görünəndə hansı əlavə tapşırığın dəyər verəcəyi özü aydın olur.

Mağazanızda bir həftə: neçə nəfər girir, neçəsi alır — rəqəmi görün.

Market həllinə baxın

Digər sektorlar üçün: anbar və logistika, restoran və kafe, yaxud bütün 15 sektor.

WhatsApp Chat