E-Commerce Store

Full-featured online store. Product catalog, cart and payment integration.

Onlayn mağaza sadəcə məhsul siyahısı deyil — anbardan ödənişə, ödənişdən kuryerə qədər uzanan bir zəncirdir. Zəncirin bir halqası qırılanda (məsələn, saytda "var" görünən məhsul anbarda bitibsə) müştəri bir daha qayıtmır. Biz mağazanı bu zəncirin bütövlüyü ilə qururuq.

Nə daxildir

  • Məhsul kataloqu — kateqoriya, variant (ölçü, rəng), qalereya, xüsusiyyət cədvəli
  • Axtarış və filtr — qiymət, brend, ölçü, mövcudluq üzrə; sürətli və səhv yazılışa dözümlü
  • Səbət və sifariş axını — mümkün qədər az addım, qeydiyyatsız sifariş imkanı
  • Onlayn ödəniş — kart, bank köçürməsi, çatdırılma zamanı nağd
  • Anbar idarəetməsi — qalıq izləmə, avtomatik "bitib" statusu, çoxfilial dəstəyi
  • Çatdırılma — zona üzrə tarif, kuryer xidməti və ya poçt inteqrasiyası
  • Endirim və kupon — faiz, məbləğ, ilk sifariş, kateqoriya üzrə
  • Admin panel — sifariş idarəetməsi, statuslar, hesabatlar, məhsul idxalı (Excel)
  • Bildirişlər — müştəriyə SMS/e-poçt/WhatsApp, admin üçün yeni sifariş siqnalı

Necə işləyirik

  1. Kataloq strukturu. Məhsullarınızı necə qruplaşdırmaq lazım olduğunu birlikdə çıxarırıq — bu, həm satışa, həm axtarışda tapılmağa təsir edir.
  2. Sifariş axını. Müştərinin məhsuldan ödənişə qədər keçdiyi yol çəkilir və artıq addımlar kəsilir.
  3. Dizayn və inkişaf. Mobil əvvəlcə — onlayn alışın böyük hissəsi telefondan gəlir.
  4. İnteqrasiyalar. Ödəniş şlüzü, anbar, mühasibat, kuryer.
  5. Test sifarişləri. Real kartla test rejimində tam axın yoxlanılır.
  6. Yayım və təlim. Komandanıza panel istifadəsi öyrədilir.

Ödəniş və çatdırılma

Azərbaycanda onlayn ödəniş üçün ən çox istifadə olunan şlüzlərlə işləyirik. Epoint inteqrasiyasının texniki tərəfini ayrıca yazıda açmışıq; ümumi mənzərə üçün ödəniş inteqrasiyası səhifəmizə baxın. Çatdırılma tərəfində öz kuryer sisteminizi və ya poçt xidmətini bağlaya bilirik.

Satış artımı — sayt açılandan sonra

Mağaza qurulduqdan sonra əsl iş başlayır: trafik gətirmək və gələni müştəriyə çevirmək. Bu iki istiqamətdə də kömək edirik:

Haradan başlamalı

İlk mağazanızı açırsınızsa, e-ticarət üçün 7 vacib addım və onlayn mağaza yaratmaq bələdçisi yaxşı başlanğıcdır. Sonra bir görüşdə kataloq həcmini, ödəniş və çatdırılma tələblərini yazıya alırıq.

Want to get a consultation about this service?

Contact Us
Chat on WhatsApp