AI Sənəd Emalı — qaimə və faktura avtomatik sistemə
Qaimə, faktura və çeki şəkildən oxuyub birbaşa anbar və mühasibat sisteminə yazır — əl ilə yazmaq bitir.
Süni intellekt işçinizi əvəz etmir — işini sürətləndirir. Sistem qaralama verir, insan təsdiqləyir.
AI satanların çoxu texnologiyadan başlayır. Biz sizin artıq işlətdiyiniz sistemdən başlayırıq.
Anbar, POS, ERP, kadr və kuryer sistemlərini biz qurmuşuq — onların içində hər gün real məlumat yığılır. AI xidmətlərimiz həmin sistemlərin üzərinə modul kimi oturur: köçürmə yoxdur, yeni platforma yoxdur, işçiyə ikinci proqram öyrətmək yoxdur.
Hamısına bir qayda tətbiq olunur: AI qərar vermir. O, qaralama verir — insan təsdiqləyir.
Qaimə, faktura və çeki şəkildən oxuyub birbaşa anbar və mühasibat sisteminə yazır — əl ilə yazmaq bitir.
Hesabat düzəltmədən sual verin: «hansı filial zərər verir?», «hansı məhsul 3 aydır tərpənmir?» — cavab dərhal.
Kamera analitikası aşkarlayır, Auditor izah edir: həftədə bir dəfə nə baş verdiyini və nə etmək lazım olduğunu yazır.
Müştəri yazan kimi cavab alır: qiymət, mövcudluq, çatdırılma. Çətin sual gələndə söhbəti insana ötürür.
Zəng qeydlərini mətnə çevirib təhlil edir: operator ssenarini izlədimi, müştəri nədən imtina etdi, hansı zəng itdi.
Bank, klinika və həssas məlumatla işləyən şirkətlər üçün: AI öz serverinizdə işləyir, məlumat kənara getmir.
Avadanlıq tərəfdaşımız təhlükəsizlik kameraları, turniketlər, access control, ALPR parkinq sistemləri, elektron növbə terminalları və şəbəkə infrastrukturu quraşdırır — sənaye zonalarından ictimai obyektlərə qədər.
Həmin avadanlığın proqram təminatını biz yazırıq. Yəni AI sıfırdan başlamır: obyektinizdə artıq quraşdırılmış və işləyən cihazların üzərində qurulur — yeni kamera almağa, yeni turniket qoymağa ehtiyac olmur.
Hansı prosesin bu gün nə qədər vaxt apardığını birlikdə ölçürük.
Bir bölmədə, sizin real məlumatınızla, məhdud həcmdə sınaq.
Pilotdan əvvəlki və sonrakı rəqəmləri müqayisə edirik.
Yalnız nəticə göründükdən sonra bütün şirkətə yayılır.
İş prosesiniz dəyişdikcə model və qaydalar yenilənir.
Ən çox vaxt aparan prosesinizi deyin. AI ona uyğun deyilsə, bunu da açıq deyəcəyik.
Əlaqə