Soyuducu anbarda açıq qalan qapı birbaşa pula çevrilir. Bir neçə dəqiqəlik diqqətsizlik enerji sərfini artırır və məhsulun saxlanma rejimini pozur. Ən pisi odur ki, bunu heç bir uçot sistemi görmür — söhbət sənəddən yox, fiziki qapıdan gedir.
Niyə qapı sensoru kifayət etmir
Qapı sensoru qapının açıq olduğunu bilir, amma niyə açıq olduğunu bilmir. Yükləmə gedirsə bu normaldır; adam çıxıb qapını bağlamağı unudubsa problemdir. Kamera fərqi görür — zonada hərəkət varmı, forklift işləyirmi, yoxsa qapı sadəcə açıq qalıb.
Soyuducuda qalan işçi
Bu, siyahının ən vacib funksiyasıdır və onu ayrıca vurğulamaq lazımdır. İş bitəndən sonra kameranın içində adam qalması nadir baş verir — lakin nəticəsi ölümcül ola bilər. Sistem iş saatından sonra kamerada hərəkət aşkarlayarsa dərhal siqnal verir.
Quraşdırmaya məhz bu funksiyadan başlamağı tövsiyə edirik.
Adi kameralar mənfi temperaturda etibarsız ola bilər. Baxış zamanı mövcud kameralarınızın uyğunluğunu yoxlayırıq — bəzən yalnız bir kameranın dəyişdirilməsi kifayət edir. Qapı açılanda yaranan müvəqqəti buxar sistem tərəfindən nəzərə alınır.
Yeşik və palet sayımı
Anbara girən və çıxan yeşik avtomatik sayılır və sənədlə tutuşdurulur — çatışmazlıq elə qəbul qapısında görünür.
Doldurma səviyyəsi
Hansı kamera doludur, hansı boşdur. Əlavə anbar kirayəsi qərarı təxminə deyil, real doluluğa söykənir.
Qida gigiyenası
Çeşidləmə sexində papaq, xalat və əlcək qaydalarına riayət nəzarəti — ixrac sertifikatı yoxlamasına daimi hazırlıq.
İxracatçılar üçün
Soyuq zəncir sənədləşməsi ixracda əsas tələbdir. Qapı nəzarəti və gigiyena statistikasının avtomatik toplanması auditdə "qayda var" deməkdən qat-qat güclüdür — qaydaya riayəti rəqəmlə göstərirsiniz.
Bir kamera qapısı, bir həftə — açıq qalma statistikanızı görün.
Soyuducu anbar həllinə baxınBütün sektorlar: kamera analitikası kataloqu.