Instagram-da satış edən sahibkarlar üçün xüsusi hazırlanmış SaaS platforması. Hər satıcı öz mini-mağazasını açır, məhsullarını idarə edir, sifarişlərini izləyir — heç bir texniki bilik tələb olunmur.
💡 Problem nədir?
Instagram-dan satış edən kiçik sahibkarlar sifarişləri DM-dən, qiymətləri şərhlərdən izləyir, ödənişləri əl ilə qeyd edir. Bu həm vaxt aparır, həm də müştəri itirirlər. Marketplace platformamız bu problemi tam həll edir.
📋 Əsas İmkanlar
- Öz mağaza səhifən — hər satıcının unikal URL-i, şəkil qalereyası, qiymət cədvəli
- Məhsul idarəetməsi — kateqoriya, şəkil, qiymət, stok, çatdırılma seçimləri
- Sifariş sistemi — müştəri sifariş verir, satıcı bildiriş alır, status izlənir
- WhatsApp inteqrasiyası — sifariş gəldi bildirişi birbaşa WhatsApp-a
- Marketplace kataloqu — bütün satıcılar ümumi kataloqda görünür, yeni müştəri tapır
- Admin panel — satışlar, gəlir, sifarişlər — hamısı canlı statistika ilə