Həllərimiz

Bizim hazırladığımız məhsul və platformalar

Sənəd Dövriyyəsi və Korporativ Portal

Şirkətinizin bütün gündəlik işlərini bir platformada cəmləyən hərtərəfli həll. Sənəd dövriyyəsindən tapşırıq idarəetməsi, daxili rabitə, video görüşlər, davamiyyət uçotu və CRM-ə qədər — hər şey bir yerdə.

Su Çatdırılması Şirkətləri üçün İdarəetmə Sistemi

İçməli su çatdırılması şirkətləri üçün tam idarəetmə sistemi. Müştəriyə xüsusi qiymət, kuryer tayını, anbar idarəsi, maliyyə hesabatları və mobil tətbiq dəstəyi.

Lombard İdarəetmə Sistemi (SaaS)

Lombard və girov mərkəzləri üçün hazır CRM: müştəri bazası, girov idarəetməsi, müqavilə şablonu, ödənişlər, WhatsApp bildiriş, kalkulyatorlar, hesabatlar — hamısı bir platformada.

Sanatoriya Növbə və Qeydiyyat İdarəetmə Sistemi

Naftalan sanatoriyaları üçün tam rəqəmsal həll: müştəri qeydiyyatı, prosedur növbəsi, tablet self-service, WhatsApp bildiriş, kassa, otaq ekranı — hamısı bir platformada.

Instagram Satıcıları üçün Onlayn Marketplace

Instagram-dan satış edən sahibkarlar üçün hazır marketplace platforması. Öz mağazanı aç, məhsullarını qeydiyyata al, sifarişləri idarə et — hamısı bir yerdə.

Onlayn Təhsil və İmtahan Platforması

Bunny Stream CDN texnologiyası ilə yüksək keyfiyyətli video dərslər, onlayn və oflayn imtahanlar, abunəlik paketləri — hər şey bir platformada. Müəllimlər və şagirdlər üçün tam rəqəmsal təhsil ekosistemi.

Elektron Növbə Sistemi

Müştərilərinizi sırada gözlətməyin — NextUp ilə ağıllı elektron növbə sistemi qurun. Kiosk, operator paneli, lobbi monitor və audio elan funksiyaları ilə tam avtomatlaşdırılmış növbə idarəsi.

Biometrik Davamiyyət İdarəetmə Sistemi

Hikvision biometrik cihazları ilə üz tanıma və barmaq izi texnologiyasını istifadə edərək işçilərin davamiyyətini avtomatik izləyin. Gec gəlmə, erkən çıxma, iş saatları — hamısı avtomatik hesablanır.

Anbar və Satış İdarəetmə Sistemi

Məhsul kataloqından satış hesabatlarına qədər bütün ticarət proseslərini idarə edin. Müştəri borcları, təchizatçı borcları, kassa, bank, xərclər və mənfəət hesabatı — hamısı bir sistemdə.

Restoran POS və İdarəetmə Sistemi

Masa idarəsindən mətbəx ekranına, QR menüdən gəlir hesabatlarına qədər restoranınızın bütün proseslərini rəqəmsallaşdırın. Çox restoran dəstəyi ilə şəbəkənizi vahid platformadan idarə edin.

Bijuteriya Mağazaları üçün Satış Sistemi

Bijuteriya və zinət mağazaları üçün xüsusi hazırlanmış POS sistemi. Satıcı izləmə, qaytarmalar, kassa idarəsi və satıcı performans hesabatları ilə mağazanızı tam nəzarət altında saxlayın.

Avtomobil Ehtiyyat Hissələri Filial İdarəetmə Sistemi

Çox filial dəstəyi ilə avtomobil ehtiyyat hissələri şirkətinizi vahid platformadan idarə edin. POS satış, servis qəbulu, anbar, müştəri borcları, işçi maaşları və filial üzrə maliyyə hesabatları.

Topdan Satışda Onlayn Sifariş və Ödəniş Sistemi

Topdan müştərilərinizə onlayn sifariş vermə imkanı yaradın. Müştəri kabineti, sifariş tarixçəsi, ödəniş idarəsi və admin backend ilə topdan satış prosesini tam rəqəmsallaşdırın.

İstehsalat, Qablaşdırma və Anbar İdarəetmə Sistemi

Xammaldan hazır məhsula qədər bütün istehsal prosesini idarə edin. BOM resepti, avtomatik xammal çıxarışı, qablaşdırma əməliyyatları, maliyyə hesabatları və mobil tətbiq dəstəyi.

Kənd Məhsulları Satış İdarəetmə Sistemi

Kənd təsərrüfatı məhsullarının satışını rəqəmsallaşdırın. Məhsul kataloqu, müştəri bazası, sifariş izləmə, satış hesabatları və admin panel ilə fermadan bazara gedən yolu asanlaşdırın.

Otellər üçün SaaS İdarəetmə Sistemi

Otellərin bütün proseslərini idarə edən SaaS platforması. Hər otel öz paneli ilə işləyir: rezervasiya, otaq idarəsi, housekeeping, billing, Booking.com/Airbnb inteqrasiyası və süni intellekt köməkçi.

Yaşayış Kompleksləri üçün İdarəetmə Platforması

Yaşayış komplekslərinin idarəsini tam rəqəmsallaşdırın. Super admin → Kompleks admin → Komendant → Sakin ierarxiyası ilə kommunal ödənişlər, texniki problemlər, elanlar və sakin xidmətləri bir platformada.

Kuryer Şirkətləri üçün İdarəetmə Sistemi

Real-time kuryer izləmə, WhatsApp bildirişləri, OTP doğrulama və partner API inteqrasiyası ilə kuryer şirkətinizi tam rəqəmsallaşdırın. PHP API + Node.js mikroxidmət arxitekturası.

Zinət Əşyaları Satış Platforması

Canlı qızıl qiymətləri, alqı-satqı marketplace, satıcı profili və abunəlik planları ilə zinət əşyaları ticarəti üçün müasir platforma. WhatsApp inteqrasiyası, OTP giriş, admin panel.

Barkodlu POS Satış Sistemi

Barkod skan ilə sürətli POS satış, min-stok xəbərdarlığı, müştəri kredit limiti, kassa idarəsi və etiket/qəbz çapı. Admin və kassir rol sistemi ilə tam nəzarətli mağaza idarəetməsi.

Vergi İnteqrasiyalı Veb və Mobil Satış Sistemi

NBA/DGK vergi inteqrasiyası ilə çeklər dövlət sistemine göndərilir. Onlayn mağaza, barkod sistemi, alış-veriş səbəti, admin backend (satış, anbar, xərc, hesabat) — veb + mobil tətbiq.

Mobil Nömrə Mağazaları üçün İdarəetmə Sistemi

Azercell, Bakcell, Nar və digər operatorların nömrələrini satan mağazalar üçün — çox filial dəstəyi, nömrə kataloqu, satış, müştəri və hesabat idarəsi.

Kamera Analitikası

Mövcud kameralarınız sayır, ölçür və xəbər verir — 15 sektor üçün hazır ssenarilər.

Anbar üçün Kamera Analitikası

Yük qəbulu sayımı, forklift təhlükəsizliyi, doldurma səviyyəsi və dok qapısı nəzarəti.

Market üçün Kamera Analitikası

Müştəri sayımı, çevirmə faizi, istilik xəritəsi, boş rəf və kassa növbəsi xəbərdarlığı.

Restoran üçün Kamera Analitikası

Masa doluluğu, xidmət vaxtı, mətbəxdə gigiyena nəzarəti və giriş axını.

Ferma üçün Kamera Analitikası

Baş sayımı, yem davranışı, qalxa bilməyən heyvan, doğuş nəzarəti və yırtıcı xəbərdarlığı.

Quşçuluq üçün Kamera Analitikası

Keçid sayımı, sıxlıq və paylanma, tələfatın aşkarlanması, aktivlik indeksi.

İstehsalat və Tikinti üçün Kamera Analitikası

Kaska və jilet nəzarəti, təhlükəli zona, xətt üzərində sayım, dayanma vaxtı.

Parkinq və YDM üçün Kamera Analitikası

Avtomobil nömrəsi tanıma, boş yer sayımı, dayanma müddəti, qadağan zona nəzarəti.

Xəstəxana və Klinika üçün Kamera Analitikası

Yıxılma aşkarlaması, çarpayıdan enmə xəbərdarlığı, qəbulda gözləmə, məhdud zona nəzarəti.

Qayğı Mərkəzi üçün Kamera Analitikası

Otaqdan gecə çıxma, yıxılma və hərəkətsizlik, çıxış qapısı nəzarəti, gündəlik aktivlik.

Məktəb və Bağça üçün Kamera Analitikası

Kənar şəxs aşkarlanması, həyətdən çıxma, dəhlizdə izdiham, qadağan zonalar.

Bank, Aptek və Ofis üçün Kamera Analitikası

Növbə və gözləmə ölçüsü, sahibsiz əşya, iş saatından kənar hərəkət, giriş axını.

İdman Zalı, Hovuz və Otel üçün Kamera Analitikası

Zal doluluğu, hovuza nəzarətsiz yaxınlaşma, resepsiyonda növbə, avadanlıq istifadəsi.

Meyvə Bağı və Sahə üçün Kamera Analitikası

Gecə ərazi mühafizəsi, yığım işçilərinin sayımı, yeşik çıxışı, texnika və yanğın nəzarəti.

Meyvə Anbarı və Soyuducu üçün Kamera Analitikası

Soyuducu qapısı nəzarəti, yeşik sayımı, doldurma səviyyəsi, qida gigiyenası və forklift təhlükəsizliyi.

Süni İntellekt Sənəd Emalı — qaimə və faktura avtomatik sistemə

Qaimə, faktura və çeki şəkildən oxuyub birbaşa anbar və mühasibat sisteminə yazır — əl ilə yazmaq bitir.

Süni İntellekt Biznes Analitik — sisteminizə öz dilinizdə sual verin

Hesabat düzəltmədən sual verin: «hansı filial zərər verir?», «hansı məhsul 3 aydır tərpənmir?» — cavab dərhal.

Süni İntellekt Kamera Auditoru — həftəlik hesabat və tövsiyə

Kamera analitikası aşkarlayır, Auditor izah edir: həftədə bir dəfə nə baş verdiyini və nə etmək lazım olduğunu yazır.

Süni İntellekt Satış Agenti — WhatsApp-da müştəriyə ilk cavab

Müştəri yazan kimi cavab alır: qiymət, mövcudluq, çatdırılma. Çətin sual gələndə söhbəti insana ötürür.

Süni İntellekt Zəng Analitikası — zənglər niyə satışa çevrilmir

Zəng qeydlərini mətnə çevirib təhlil edir: operator ssenarini izlədimi, müştəri nədən imtina etdi, hansı zəng itdi.

Şirkətdaxili Süni İntellekt — məlumatınız ofisdən çıxmadan

Bank, klinika və həssas məlumatla işləyən şirkətlər üçün: süni intellekt öz serverinizdə işləyir, məlumat kənara getmir.

Parkinq İdarəetmə Sistemi — şlaqbaum, nömrə tanıma və ödəniş

Şlaqbaum, nömrə tanıma (ALPR), tariflər, abunəçilər və ödənişi bir paneldə birləşdirən parkinq proqramı. Mövcud parkinq proqramlarının düzəlişi və yenilənməsi.

Turniket və Giriş Nəzarəti — kart, üz, QR ilə keçid idarəsi

Turniket, qapı kilidləri və oxuyucular üçün giriş nəzarəti proqramı: kim, hara, nə vaxt keçə bilər. Ziyarətçi qeydiyyatı, zonalar və iş vaxtı ilə inteqrasiya.

Təhlükəsizlik və Elektron Avadanlıqlar üçün Proqram Təminatı

Kamera, nömrə tanıma, turniket, növbə sistemi, domofon və tablolar üçün xüsusi proqram yazırıq: mövcud cihazları öz sisteminizə qoşur, köhnə proqramları düzəldirik.

Domofon və İnterkom İdarəetmə Proqramı

Domofon panelləri və interkom üçün proqram: mənzil/otaq bazası, zəngin telefona yönləndirilməsi, ziyarətçi qeydiyyatı, qapının uzaqdan açılması və keçid tarixçəsi.

Ağıllı Bina və Ev Avtomatlaşdırması üçün Proqram

İşıq, iqlim, pərdə, su və enerji cihazlarını bir panelə yığan proqram: ssenarilər, cədvəl üzrə iş, uzaqdan idarə və istehlak hesabatı.

Siqnalizasiya və Həyəcan Monitorinqi üçün Proqram

Oğurluq, yanğın və texniki siqnalizasiyaların vahid monitorinq paneli: həyəcanın növbətçiyə çatdırılması, təsdiq, eskalasiya və hadisə jurnalı.

Elektron Kilid İdarəetmə Proqramı — otel və ofis

Elektron kilidlər üçün proqram: otaq açarının qeydiyyatdan sonra avtomatik verilməsi, müddətli giriş, itirilmiş açarın ləğvi və qapı jurnalı.

Rəqəmsal Lövhə və Məlumat Ekranları üçün Proqram

Mağaza, lobbi və ofis ekranlarını bir yerdən idarə edən proqram: məzmun cədvəli, filial üzrə fərqli yayım, canlı məlumat və ekranın vəziyyəti.

Avadanlıq və Şəbəkə Monitorinqi — cihazlar işləyirmi?

Kamera, qeydedici, turniket, şlaqbaum və şəbəkə cihazlarının işlək olub-olmadığını izləyən proqram: nasazlıqda dərhal bildiriş və aylıq hesabat.

Fitnes Zalı İdarəetmə Proqramı

İdman zalı və studiyalar üçün üzv bazası, abunələr, turniketlə giriş, qrup məşqləri, təlimçi hesabatı, ödəniş və borc izləmə — bir sistemdə.

Kameralara Ssenarilərin Yazılması

Mövcud kameralarınıza öz qaydanızı yazırıq: «bu zonaya gecə girən olarsa xəbər ver», «növbə 5 nəfərdən çox olarsa kassanı çağır» — ssenari sizin sözlərinizlə, işi biz görürük.

Ağıllı Ev Sistemi — mənzil və villa üçün

İşıq, pərdə, kondisioner, qapı, kamera və su sensorlarını bir tətbiqdə birləşdirən ağıllı ev proqramı: «evdən çıxıram», «axşam» kimi ssenarilər və uzaqdan idarə.

WhatsApp-da yazın