Obyektinizdə artıq kameralar var. Onlar hadisə baş verəndən sonra baxılmaq üçün yazır. Kamera analitikası bu kadrları canlı oxuyur: sayır, ölçür, müqayisə edir və nəsə qaydadan çıxanda xəbər verir. Yeni kamera almağa çox vaxt ehtiyac olmur — mövcud IP kameralarınız uyğundursa sistem onların üzərində qurulur.
Fərq sadədir: adi videomüşahidə sizə arxiv verir, analitika isə rəqəm və bildiriş. Kassada növbə uzananda, rəf boşalanda, forklift piyadaya yaxınlaşanda — hadisə elə baş verən an bilirsiniz.
Emal obyektdə aparılır
Görüntü buluda göndərilmir və binadan çıxmır — bütün analiz obyektdəki cihazda gedir. İnternet kəsilsə sistem dayanmır; internet yalnız hesabat göndərmək və yeniləmə üçün lazımdır. Sistem şəxs tanımır — insanı kimliyinə görə deyil, obyekt kimi görür və prosesi ölçür.
Hansı sahələr üçün
15 sektor üçün hazır ssenari toplusu var. Hər sektorun öz ölçdüyü şeyi fərqlidir — anbarda palet sayılır, restoranda masa doluluğu, fermada isə qalxa bilməyən heyvan aşkarlanır.
Anbar və logistika →
Yük qəbulu sayımı, forklift təhlükəsizliyi, doldurma səviyyəsi
Market və mağaza →
Müştəri sayımı, çevirmə faizi, boş rəf xəbərdarlığı, istilik xəritəsi
Restoran və kafe →
Masa doluluğu, xidmət vaxtı, mətbəxdə gigiyena nəzarəti
Kassa zonası →
Növbə xəbərdarlığı, gözləmə vaxtı, skan edilməyən mal
Ferma və heyvandarlıq →
Giriş-çıxış sayımı, qalxa bilməyən heyvan, doğuş nəzarəti
Quşçuluq →
Sıxlıq və paylanma, tələfatın aşkarlanması, aktivlik indeksi
İstehsalat və tikinti →
Zona təhlükəsizliyi, iş geyimi nəzarəti, proses vaxtı
Parkinq və yanacaqdoldurma →
Yer doluluğu, nömrə tanıma, növbə idarəsi
Xəstəxana və klinika →
Növbə axını, gözləmə vaxtı, giriş nəzarəti
Qocalar evi və qayğı mərkəzi →
Yıxılma aşkarlanması, otaq nəzarəti
Məktəb və uşaq bağçası →
Giriş-çıxış, həyət nəzarəti, yad adam xəbərdarlığı
Bank, aptek və ofis →
Növbə, giriş axını, gecə mühafizəsi
İdman zalı, hovuz və otel →
Zona doluluğu, təhlükəsizlik nəzarəti
Meyvə bağı və sahə →
Sahə nəzarəti, texnika hərəkəti
Meyvə anbarı və soyuducu →
Temperatur zonası, qapı nəzarəti, məhsul vəziyyəti
Necə qurulur
Kameralar yoxlanılır
Mövcud IP kameralarınız uyğundursa yeni avadanlıq alınmır. Yoxlamaq üçün marka və modeli bilmək kifayətdir.
Obyektdə bir cihaz quraşdırılır
Görüntü emalı elə orada aparılır — buluda göndərilmir, binadan çıxmır.
Sınaq həftəsi
Sistem bir həftə işləyir, siz nəticəyə baxırsınız. Uyğun deyilsə davam etmirsiniz.
Hesabat və bildiriş
Gündəlik hesabat, təcili hallarda isə telefona ani bildiriş gəlir.
Sizdən nə lazımdır
IP kameralar
Mövcud kameralar əksər halda uyğundur. Marka və modeli bilmək kifayətdir.
çox vaxt yeni alışa ehtiyac olmurBir kompüter və ya cihaz
Obyektdə daim işləyən bir Windows kompüteri. Yoxdursa hazır cihaz təklif edirik.
server otağı tələb olunmurŞəbəkə girişi
Kameralarla eyni şəbəkə. İnternet yalnız ayda bir dəfə lazımdır.
internetsiz də işləyirBir saatlıq baxış
Obyektə gəlirik, kamera bucaqlarını və hansı tapşırığın uyğun olduğunu birlikdə müəyyən edirik.
pulsuzTez-tez verilən suallar
Görüntü hara gedir?
Heç yerə. Bütün emal obyektdəki cihazda aparılır, görüntü binadan çıxmır. Bu, buluda söykənən sistemlərdən əsas fərqimizdir.
İnternet kəsilsə nə olur?
Sistem işləməyə davam edir. İnternet yalnız hesabat göndərmək və proqram yeniləməsi üçün lazımdır.
Kameralarımız köhnədir, işləyərmi?
Adətən problem deyil. Əsas şərt kameranın şəbəkəyə qoşulması və görüntünün aydın olmasıdır.
İşçilər izlənəcəkmi?
Sistem şəxs tanımır. Ölçülən şey prosesdir — növbə, gözləmə müddəti, axın. İşçi ilə bağlı funksiyalarda əvvəlcədən məlumatlandırma tələb olunur.
Səhv siqnal verəcəkmi?
İlk həftə sistem sakit rejimdə işləyir və obyektə köklənir. Məqsəd gündə bir-iki səhvdən aşağı saxlamaqdır.
Quraşdırma nə qədər çəkir?
Bir obyektin quraşdırılması adətən bir iş günü çəkir.
Bir həftəlik sınaqdan başlayaq
Bir kamera, bir tapşırıq, bir həftə. Nəticəni görürsünüz, sonra qərar verirsiniz. Sınaq üçün öhdəlik və ödəniş yoxdur.
Sınaq üçün müraciət edinvə ya birbaşa zəng edin — +994 55 710 58 37