AI Kamera Auditoru — həftəlik hesabat və tövsiyə

Kamera analitikası aşkarlayır, Auditor izah edir: həftədə bir dəfə nə baş verdiyini və nə etmək lazım olduğunu yazır.

Kamera analitikası quraşdırıldıqdan sonra ən çox rast gəlinən problem budur: rəqəmlər yığılır, amma heç kim onlara baxmır. Paneldə qrafik var, lakin gündəlik işin içində onu açıb təhlil etməyə vaxt qalmır.

AI Kamera Auditoru həmin məlumatı sizin yerinizə oxuyur. Həftədə bir dəfə obyekt rəhbərinə qısa hesabat gəlir — qrafik yox, insan dilində izah və konkret tövsiyə.

Hesabatda nə olur

Nə baş verdi

Həftə ərzində müştəri axını, pik saatlar, növbə müddəti və keçən həftə ilə müqayisə.

Nə itirildi

Növbə uzananda və ya rəf boş qalanda təxmini itirilmiş müştəri sayı.

Nə diqqət çəkir

Adi gedişdən kənara çıxan hallar: gözlənilməz düşüş, qeyri-adi saat, təkrarlanan problem.

Nə etmək lazımdır

Konkret addım: hansı saatda əlavə kassa, hansı rəfə baxış, hansı növbədə çatışmazlıq.

Kimin üçün

Kamera analitikası artıq quraşdırılmış obyektlər üçün əlavə moduldur — market, restoran, anbar, istehsalat, klinika, idman zalı və digər sahələr üzrə hazır ssenarilərimizin hamısına qoşulur. Yeni avadanlıq tələb olunmur; mövcud sistemin topladığı məlumat üzərində işləyir.

Görüntü hara gedir

Heç yerə. Hesabat yalnız rəqəmlər üzərində qurulur — say, müddət, zona. Video obyektdən kənara çıxmır, hesabatda şəxsi görüntü olmur.

Açıq deyirik: hesabatdakı «itirilmiş müştəri» göstəricisi ölçülmüş axın əsasında hesablanmış təxmindir, dəqiq satış rəqəmi deyil. Məqsəd dəqiq məbləğ demək yox, diqqəti düzgün saata və düzgün yerə yönəltməkdir.

Necə işləyirik

Bütün AI həllərimiz eyni prinsipə tabedir: süni intellekt qərar vermir — işçinizin işini sürətləndirir. Sistem qaralama hazırlayır, nəticəni insan yoxlayır və təsdiqləyir. Bu, həm səhv riskini aşağı salır, həm də komandanızın prosesə nəzarətini saxlayır.

  1. Tanışlıq və auditi — hansı prosesin nə qədər vaxt apardığını birlikdə ölçürük.
  2. Pilot — bir bölmədə, real məlumatınızla, məhdud həcmdə sınaq.
  3. Nəticənin ölçülməsi — pilotdan əvvəl və sonra rəqəmləri müqayisə edirik.
  4. Tam tətbiq — nəticə göründükdən sonra bütün şirkətə yayılır.
  5. Müşayiət — model və qaydalar iş prosesiniz dəyişdikcə yenilənir.

Bu həll sizin işinizə uyğundurmu?

Prosesinizi qısa söhbətdə nəzərdən keçirək — uyğun deyilsə, açıq deyəcəyik.

Əlaqə saxlayın
WhatsApp-da yazın