Vergi İnteqrasiyalı Veb + Mobil Satış Sistemi — Azərbaycan Respublikasının NBA/DGK vergi tələblərinə tam uyğun şəkildə hazırlanmış satış platformasıdır. Hər satış əməliyyatı avtomatik olaraq dövlət vergi sisteminə göndərilir, müştərilər onlayn mağazadan alış-veriş edir, admin isə satış, anbar, xərc və hesabatları vahid paneldən idarə edir.
Əsas Funksionallıq
- Müştəriyə açıq onlayn mağaza (kateqoriya, axtarış, filtr)
- Alış-veriş səbəti və ödəniş sistemi
- Barkod əsaslı məhsul sistemi (skan + axtarış)
- NBA/DGK vergi inteqrasiyası (fiskal çek göndərilməsi)
- Çekin dövlət sisteminə avtomatik ötürülməsi
- Admin backend: satış idarəsi (onlayn + oflayn)
- Anbar idarəsi (giriş, çıxış, stok qalığı)
- Xərc idarəsi (əməliyyat xərcləri, maaşlar)
- Satış hesabatları (gündəlik, aylıq, kateqoriya üzrə)
- Veb tətbiq + mobil tətbiq (iOS/Android)
Kim üçün nəzərdə tutulub?
Bu sistem vergi ödəyicisi statuslu hər hansı pərakəndə satıcı, apteklər, ərzaq mağazaları, texnika satıcıları — qısası fiskal çek vermək məcburiyyətindəki bütün ticarət subyektləri üçün idealdır.
Üstünlükləri
NBA/DGK tələblərinə tam cavab verir
Müştərilər 7/24 onlayn alış-veriş edir
iOS/Android tətbiq ilə hər yerdən satış
Satış, anbar, xərc — hamısı bir dashboard
Bu sistem haqqında ətraflı məlumat almaq istəyirsiniz?
Mütəxəssisimiz sizə dərhal cavab verəcək
WhatsApp ilə Əlaqə

