Zavodda əmək təhlükəsizliyi qaydası kağızda mövcuddur, sexdə isə növbənin ortasında yaddan çıxır. Kaskasız işçi, işləyən dəzgahın zonasına girən adam, palet ilə bağlanmış təcili çıxış — bunlar hadisə baş verənə qədər heç bir sənəddə görünmür.
Kamera analitikası bu pozuntuları baş verən an qeydə alır və növbə rəhbərinə bildirir. Eyni kameralar paralel olaraq istehsal göstəricilərini də ölçür.
Nə ölçülür
Kaska və jilet nəzarəti
Qoruyucu vasitəsiz işçi aşkarlananda dərhal xəbərdarlıq gedir.
əmək təhlükəsizliyi sənədləşirTəhlükəli zonaya giriş
İşləyən dəzgahın və ya kranın zonasına adam girəndə siqnal verilir.
bədbəxt hadisənin qarşısı alınırXətt üzərində sayım
Konveyerdən keçən məhsul sayılır, növbə üzrə hesabat çıxır.
əl ilə uçot bitirDayanma vaxtı
Xəttin nə vaxt və nə qədər dayandığı avtomatik qeyd olunur.
itirilmiş saatlar görünürTəcili çıxışın bağlanması
Təcili çıxış yolu qutu, palet və ya texnika ilə bağlanarsa xəbərdarlıq.
yoxlamaya həmişə hazır olursunuzHesabatda "filan işçi kaskasız idi" yazılmır — "üçüncü sexdə gecə növbəsində pozuntu sayı artıb" yazılır. Məqsəd konkret adamı tapmaq deyil, hansı zonada və hansı saatda problemin təkrarlandığını görməkdir. Sistem şəxs tanımır və üz məlumatı saxlamır — insanı obyekt kimi görür. İnsan davranışına toxunan funksiyalarda əvvəlcədən məlumatlandırma tələb olunur.
Kimin üçün
Zavodlar, sexlər, tikinti sahələri, montaj xətləri. Xüsusilə əmək təhlükəsizliyi auditindən keçən və sığorta tələbləri olan müəssisələrdə — çünki pozuntu statistikası sənədləşmiş şəkildə toplanır.
Necə qurulur
Mövcud IP kameralarınız yoxlanılır, obyektə bir cihaz qoyulur, bir həftə sınaq işləyir, sonra gündəlik hesabat və ani bildiriş başlayır. Emal elə obyektdə gedir — görüntü binadan çıxmır, internet kəsilsə sistem dayanmır. Quraşdırma və tələblər haqqında ətraflı →
Tez-tez verilən suallar
Sistem işçiləri cəzalandırmaq üçün istifadə oluna bilərmi?
Texniki olaraq hesabat zona və saat üzrədir, fərd üzrə deyil. Necə istifadə olunacağı isə şirkət siyasətidir — biz quraşdırma zamanı komandanın məlumatlandırılmasını tövsiyə edirik.
Kaska nəzarəti nə qədər dəqiqdir?
İşıq və kamera bucağı düzgün olanda yüksəkdir. İlk həftə sistem sizin sexə köklənir — kaska rəngi, geyim növü və məsafə nəzərə alınır.
Xətt sayımı ERP sistemimizlə birləşirmi?
Bəli, hesabatlar fayl və ya API ilə ötürülə bilər. Bizim ERP həllərimizdən biri işlədilirsə inteqrasiya daha sıx olur.
Bir həftəlik sınaqdan başlayaq
Bir kamera, bir tapşırıq, bir həftə. Nəticəni görürsünüz, sonra qərar verirsiniz. Sınaq üçün öhdəlik və ödəniş yoxdur.
Sınaq üçün müraciət edinvə ya birbaşa zəng edin — +994 55 710 58 37