Cold Storage Camera Analytics

Soyuducu qapısı nəzarəti, yeşik sayımı, doldurma səviyyəsi, qida gigiyenası və forklift təhlükəsizliyi.

Soyuducu anbarda açıq qalan qapı birbaşa pula çevrilir. Bir neçə dəqiqəlik diqqətsizlik həm enerji sərfini artırır, həm də məhsulun saxlanma şəraitini pozur. Bunu heç bir uçot sistemi görmür — çünki söhbət sənəddən yox, fiziki qapıdan gedir.

Sistem qapı vəziyyətini fasiləsiz izləyir və müddət aşılanda dərhal xəbərdarlıq edir. Eyni kameralar qəbul-göndərmə uçotunu, sahədən istifadəni və təhlükəsizliyi də ölçür.

Nə ölçülür

Soyuducu qapısı açıq qalıb

Kamera qapısı təyin olunan müddətdən artıq açıq qalarsa dərhal xəbərdarlıq.

enerji və məhsul itkisi dayanır

Yeşik və palet sayımı

Anbara girən və çıxan yeşik avtomatik sayılır, sənədlə tutuşdurulur.

çatışmazlıq elə qapıda görünür

Doldurma səviyyəsi

Hansı kamera doludur, hansı boşdur — sahədən istifadə real vaxtda görünür.

əlavə anbar kirayəsi ləngiyir

Soyuducuda qalan işçi

İş bitəndən sonra kameranın içində adam qalıbsa siqnal verilir.

ən ciddi təhlükəsizlik riski bağlanır

Çeşidləmə xəttində sayım

Konveyerdən keçən yeşik və qablaşdırma sayılır, növbə üzrə hesabat verilir.

növbə məhsuldarlığı ölçülür

Qida gigiyenası

Sexdə papaq, xalat və əlcək qaydalarına riayət nəzarəti.

sertifikat yoxlamasına hazır olursunuz
Soyuducuda qalan işçi — ən vacib funksiya.
Bu, nadir baş verən, lakin nəticəsi ölümcül ola bilən haldır. Sistem iş bitəndən sonra kamerada hərəkət aşkarlayarsa dərhal siqnal verir. Bu funksiyanı ilk quraşdırılan tapşırıq kimi seçməyi tövsiyə edirik.

Kimin üçün

Meyvə-tərəvəz soyuducu anbarları, çeşidləmə və qablaşdırma sexləri, ət və süd məhsulları saxlanc obyektləri, ixracatçı şirkətlərin soyuq zəncir anbarları.

Quru anbar və logistika üçün Anbar və logistika səhifəsinə baxın.

Necə qurulur

Mövcud IP kameralarınız yoxlanılır, obyektə bir cihaz qoyulur, bir həftə sınaq işləyir, sonra gündəlik hesabat və ani bildiriş başlayır. Emal elə obyektdə gedir — görüntü binadan çıxmır, internet kəsilsə sistem dayanmır. Quraşdırma və tələblər haqqında ətraflı →

Tez-tez verilən suallar

Soyuqda kamera işləyirmi?

Adi kameralar mənfi temperaturda etibarsız ola bilər. Soyuducu kamerası üçün uyğun modelin olub-olmadığını baxış zamanı yoxlayırıq — bəzən yalnız bir kameranın dəyişdirilməsi kifayət edir.

Buxarlanma və buz görüntünü pozmurmu?

Qapı açılanda müvəqqəti buxar normaldır və sistem bunu nəzərə alaraq köklənir. Daimi buz təbəqəsi varsa kamera yeri dəyişdirilir.

Anbar proqramımızla birləşirmi?

Yeşik sayımı hesabatı fayl və ya API ilə ötürülür. Anbar və Satış İdarəetmə sistemimiz işlədilirsə inteqrasiya hazır gəlir.

← Bütün sektorlara baxın

Bir həftəlik sınaqdan başlayaq

Bir kamera, bir tapşırıq, bir həftə. Nəticəni görürsünüz, sonra qərar verirsiniz. Sınaq üçün öhdəlik və ödəniş yoxdur.

Sınaq üçün müraciət edin

və ya birbaşa zəng edin — +994 55 710 58 37

Chat on WhatsApp